Qonur Qafqaz malı

Qonur Qafqaz[1][2] — yerli Qafqaz cinsi ilə Şvis cinsinin cütləşdirilməsi nəticəsində yaradılmış cütdırnaqlı heyvan.

Qonur Qafqaz malı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumiyyətlə cinsyaratma prosesində geniş istifadə olunmuş şvis cinsinin təsiri açıq müşahidə edilir. Şvis malında qonurluq əsas rəng xüsusiyyəti təşkil etdiyindən onların əsasında yaradılan cinslərdə qonur rənglilik dominantlıq edir.

Qonur Qafqaz cinsinin yaradılmasında Azərbaycan Elmi-Tədqiqat Heyvandarhq İnstitutu mühüm rol oynamışdır. Bu cins Azərbaycan SSR-də dağlıq və aran rayonlarda üstük cins kimi qəbul edilərək çoxaldılmışdır. Bu cinsin rəsmi təsdiqi 1960-ci ildə həyata keçirilmişdir. Əsasən ətlik-südlük istiqamətli olaraq düşünülmüşdür. Qonur, açıq və tünd qonur rəngli olurlar. Belində ağ zolaq və ağız ərtafında ağ haşiyə Şvis cinsindən keçmədir. Başı orta uzunluqdadır. Buynuzları tünd boz, ucları isə qara olur. Əzələsi yaxşı inkişaf etmişdir. İl ərzində orta hesabla 2100-2600 kq süd verir. Yaxşı qulluq, qidalanmanın düzgün təşkili sayəsində məsuldarlıq 3600-4000 kq olmuşdur. 1 kq südün 3,8-3,9% yağdır. Qoca fərdlərin cəkisi 700-800 kq ola bilir. Nadir hallarda diri çəki 900 kq olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan// Kənd Təsərrüfatı Elmləri. Heyvandarlıq. səh 596.
  2. "Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi/Qonur Qafqaz qaramalı". 2018-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-06.