Qoruğundağ

QoruğundağLaçın rayonu ərazisində dağ. Qarabağ silsiləsinin qərb yamacında zirvədir. Hündürlüyü 2398 m. Əsl adı Qoruqdağı olmuşdur. Oronimin qədim türk dillərindəki qoriqan (möhkəmlənmiş yer) sözündən olduğu da ehtimal edilir. Digər məlumata görə isə, dağ burada Qoruq adlanan otlaq sahəsi olmasına görə belə adlandırılmışdır.[1]

Qoruğundağ
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2398 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Qoruğundağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.