Dəhşət ədəbiyyatı (ing. horror literature, horror fiction; adətən sadəcə "dəhşətlər", ya hətta "dəhşətciklər", hərdən "miskita" ya da ingiliscədən alınmış "horror") – oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdır. Tez-tez, ancaq həmişə olmayaraq, dəhşət ədəbiyyatında sözün həqiqi mənasında qeyri-təbii barəsində nağıl edilir; Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülmüş (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və s.r.) məhdudlaşdırılmış yığımı var.
Janrın mənbələri əvvəl olaraq bunları adlandırmaq düzgün olar: XIII əsrin ortalarında yazılmış "məhvedici qəbiristanlıq " "qotik" cəngavər romanı, şeytana mübtəla olma və digər infernal mövzulardan istifadə edən XVI-XVII ə. fransız "faciəli əfsanələri" (o cümlədən yepiskop Jan-Pier Kamünın romanları), ingilis qotik romanı (o qədər də erkən olmayan, Qoratsiya Uolpolun və Anna Radklifin, bir qədər gec, romantizm dövrünün, birinci növbədə Merri Şellinin "Frankenşteyin"i, həm də M.G. Lyüisin "Rahib"i və Çarlz Metyürinin "Sərsəri Melmot"ı), alman romantiklərinin nağılları (E.T.A.Hofman, Vilhelm Hauff, Ahim fon Arhim, Şamisso), Edqar Ponun və Ambroz Birsin psixoloji novellaları. Daha bir o qədər tez-tez adı çekilməyən mənbə – "vizionerlərin vahimələri" (Tomas de Kvinsinin "İngilis opiomanının etirafı", Şarl Bodlerin "Süni cənnət"i). Janrın formalşmasına XIX ə. ortalarının Uilki Kollins, Edvard Bulver-Littonun sensasiyalı romanı böyük təsirini göstərdi. 1860-cı illərdə İngiltərədə bilavasitə dəhşət ədəbiyatı adlamdırmaq mümkin olan janr formalaşır (Şeridian Le Fanüdən Brem Stokerə kimi). Həmin dövrürün klassik hekayəsi – Robert Lyüis Stivensonun "Doktor Cekil və mister Haydın gəribə əfsanəsi".
Dəhşət ədəbiyyatının İngiltərədə ilkin nümayəndələri – M.R.Ceyms öz istehzalı "Antikvarın kabuslar haqqında hekəyələri"ilə, Elcernon Blekvud, Artur Mekyen, sonralar isə, 30-50-ci illərdə, Roald Dalin, Con Kolerin, Cerald Kerşın, fövqəltəbiini "qara yumor"la birləşdirən həkayələri meydana çıxır. Amerikada janrın inkişafına "Weird Tales" jurnalı (1923 ildə təsis edilib) təkan verdi, həmin jurnalda H.F.Lavkraftın (bütöv "lavkraft dəhşətləri" adlanan janr-bölməsinin yaradıcısı), Klark Eşton Smitin, Siberi Kvinin, Robert Bloxın, yaradıcılığları ilk dəfə olaraq meydanda gəldi. Şerli Cekson və Riçard Metyeson 50-ci illərin klassikləridir. Almaniyada Hans Heynts Evers məşhur idi. Avstriya estpessionisti Gustav Maynrikin "Qolem"i dünya şöhrətini qazandı. Dəhşət ədəbiyyatının qeyri-janr müxtəlifliyi olan – Frans Kafkan prozasıdır ("Metamarfoza")
Janrın "kralı" Stiven Kinq sayilır. Digər amerikalı Din Kuns məşhurlıqda ondan çox da geri qalmır. Həm də Uiliyam Bletti ("Şeytanı qovan"), Ayra Levin ("Rozmarinin uşağı"), İngiltərədən köçmiş Klayv Barker ("Cəhənnəmdən üsyançı") , Robert Makkammon ("Onlar susayiblar"), Enn Rays ("Xordtanların xronikaları"), Loren Hamilton Annita Bleyk adlı nekromant haqqında silsiləsi ilə, Riçard Laymon, Piter Straub, Uitli Striber, Cek Ketçam, məlumdur . Rey Bredberinin hekayələrinin çoxu da bu janra aiddir. İngiltərədə Ceyms Herbert, Remsi Kempbell, Brayan Lamli ("Nekroskop") məlubdılar.
Yakov Lurye Qaniçən-Drakula haqqında əfsanə Qərbi Avropaya birbaşa Rumıniyadan yox, qədim rus "Drakula haqqında povest"i (XV əsrin 80-ci illəri) vasidəsi ilə daxil olduğunu sübut edib. Gümüş əsrin dəhşət ədəbiyyatın parlaq nümayandələrinə Leonid Andreyev və A.M. Remizov ("Qurban", "Şeytan balası") aiddir.
Dəhşət ədəbiyyatına məxsus olan mövzuların çoxu öz əksini Azərbaycanda xalq yaradıcılığında tapıb – divlər, cinlər, əjdahalar, tilsimlər, xortdanlar, qulyabanılar və s. Müəllif ədəbiyatlnda bu janr nisbətən gec (19 əsrin ikinci yarısı-20 əsrin əvvəli) meydana çıxıb. Parlaq nümunəsi – Əbdürrəhimbəy Haqverdievin "xortdanın cəhənnəm məktubları" əsəridir. Bundan başqa yazıçı Vaqif Sultanlının "Ölüm yuxusu" povestində qəbiristanlığın köçürülməsi hadisəsi canlandırılır. Bu povestdə qəbirdən xortlayıb çıxma səhnəsi tükürpədiciliyi ilə yadda qalıb. Bənzər səhnə Anarın "Göz muncuğu" əsərində də var.
Dəhşət ədəbiyyatının janrları
Dəhşət ədəbiyyatının, fövqaltəbii personajların mövcudluğu ilə təyin olunan, müxtəlif mövzuları var: "kabuslar haqqında hekayə" (ghost story), vampir romanı, "qulyabanı haqqında hekayə" (werewolf story) , iblisə mübtəla olmaq haqqında əfsanələr və s.
Müasir Azərbaycan ədəbiyyatında ilk mistik trillerin müəllifi Fərid Nəsibzadədir. Onun "ŞAYƏTİN" kitabı 2016-cı ildə işıq üzü görüb. Müəllif ölkəmizdə ilk qorxu janrının müəllifi kimi tanınır.