Enn Rays

Enn Rays (4 oktyabr 1941[1][2][…], Nyu-Orlean, Luiziana[4]11 dekabr 2021[3], Ranço-Miraj[d], Kaliforniya) — ABŞ yazıçısı.

Enn Rays
Howard Allen Frances O'Brien
2006-cı ildə
2006-cı ildə
Doğum adı Howard Allen Frances O'Brien
Təxəllüsü Enn
Doğum tarixi 4 oktyabr 1941(1941-10-04)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 dekabr 2021(2021-12-11)[3] (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult[5]
Milliyyəti İrland əsilli ABŞ-lı
Həyat yoldaşı Stan Rays
Uşaqları Mişel Rays (1972-ci ildə ölüb)
Kristofer Rays
Təhsili
  • Şimali Texas Universiteti[d]
Fəaliyyəti yazıçı, romançı, ssenarist
Fəaliyyət illəri 1976–11 dekabr 2021
Əsərlərinin dili ingilis
İstiqamət qot
Janr roman
annerice.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Enn Rays 1941-ci ilin 4 oktyabrında ABŞ-nin Luizana ştatının Nyu Orlean şəhərində anadan olub. Katolik irland əsilli ailənin ikinci qızıdır. Əsl adı Hovard Allın O'Brindir. Enn adını məktəbdə adını deməyə utandığından işlətmiş və belə tanınmağa üstünlük vermişdir. Enn Raysın əsərləri qot cərəyanının inkişafına töhfə vermişdir. Nyu Orleanda doğulduğu üçün əsərlərinin çoxunda hadisələr burada baş verir. Kitablarında üstünlük verdiyi mövzular vampirlər, mumiyalar və küpəgirən qarılardır. Yazıları sado-mazoşist üslubundadır. 1961-ci ildə Stan Rays ilə evlənmiş və Mişel adında qızları olmuşdur. Mişel 1972-ci ildə ağır xəstəlikdən ölmüşdür. "Vampirlə görüş" əsərində Kladio adlı vampir qız həm görünüşə, həm də yaşına görə Mişelə bənzədildiyi irəli sürülür. 1978-ci ildə Kristofer adında oğlu olmuşdur. Romanları əsasında "Vampirlə görüş" və "Lənətlilər kraliçası" filmləri çəkilmişdir. Əvvəl ateist olan Enn Rays uşağını itirəndən sonra katolik məzhəbinə qayıtmışdır.

  • Vampirlə görüş (1976)
  • Bütün müqəddəslər bayramı(1979)
  • Cənnətə səslənmək(1982)
  • Yatan gözəlin tələbi (1983)
  • Gözəlliyin cəzası (1984)
  • Vampir Lestat (1985)
  • Edenə çıxış (1985)
  • Gözəlliyi azad buraxmaq (1985)
  • Belinda (1986)
  • Lənətlilər kraliçası (1988)
  • Mumiya (1989)
  • Təsirli zaman (1990)
  • Bədən oğrusunun nağılı (1992)
  • Laşer (1993)
  • Taltos (1994)
  • Memnoch the Devil (1995)
  • Xudmətçinin sümükləri (1996)
  • Kaman (1997)
  • Pandora (1998)
  • Armand (1998)
  • Vittorio the Vampire (1999)
  • Merrik (2000)
  • Qan və Qızıl (2001)
  • The Master of Rampling Gate (2002)
  • Blackwood Farm (2002)
  • İlahi Qan (2003)
  • Şeytanla rəqs (1995)
  1. 1 2 Anne Rice // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Anne Rice // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 Anne Rice, author of ‘Interview with the Vampire,’ dies (ing.).
  4. 1 2 Blain V., Grundy I., Clements P. The Feminist Companion to Literature in English (ing.): Women Writers from the Middle Ages to the Present. 1990. P. 897.
  5. Author Anne Rice dies aged 80.