Qovunağacı (lat. Carica papaya) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinin karika cinsinə aid bitki növü.
Qovunağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qovunağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Milyonlarla insanın qida rasionuna daxil olan və mamao, paupau, papayya, çörəkağacı adları ilə tanınan qovunağacı (yemişağacı) karika (lat. Carica) cinsindəndir. Sarımtıl-ağ rəngli çiçəkləri bir və ya iki cinsiyyətlidir. Meyvəsi sarı və ya sarımtıl yaşıl olub, forma və quruluşu qovunu xatırladır. Məşhur səyyah Vasko da Qama qovunağacının dadına baxaraq onu "Hindistan qızıl ağacı" adlandırmışdır. Qovunağacı həcmcə armuddan bir qədər böyükdür, sarı və narıncı rəngli qabığı olur. Tünd narıncı lətinin içində çoxlu xırda və bir qədər bibər dadı verən yeməli toxumları var. Floridada yerli əhali qovunağacının yarpağından paltarları yumaq üçün sabun kimi istifadə etdikləri üçün ştatda onu "zənci sabunu" adlandırırlar. Meyvənin şirəsi mədə şirəsini əvəz edəcək qədər güclü fiziolojiaktivliyə malikdir və bu onun tərkibindəki papain adlı fermentin hesabına yaranır. Meyvəsi sarı və ya sarımtıl yaşıl olub, forma və quruluşu qovunu xatırladır. Şirəsindən papain fermenti alınır. Zülalları parçalayan papain tibdə və kosmetikada istifadə olunur.
Çox da hündür olmayan 5-10 metrlik həmişəyaşıl palmayabənzər papayya ağacı yarpaqsız gövdəyə malikdir. Bitki ikievli olub erkək və dişi fərdlərə ayırd edilir. Yarpaqları gövdənin lap ucunda yerləşir, diametrləri 50-70 sm-dir, formasına və dadına görə yemişi xatırladan kəhraba və ya sarı rəngli meyvələri isə 15-45 sm uzunluğunda, diametri 10-30 sm-ə, çəkisi isə 2-2,5 kq-a yaxındır. Tez yetişən bu bitki cəmi 5 il ömür sürür.
Papayyanın vətəni Meksikanın cənubu, Mərkəzi Amerika və Cənubu Amerikanın şimalı sayılır. Şaxtaya dözümü olmayan, suyu çox sevən bitki bütün tropik qurşaqda ilin istənilən fəslində yetişdirilir. Meyvələri alarkən hamar qabıqlı olanlara üstünlük vermək lazımdır. Əgər meyvələri kal olarsa, dəyməsi üçün 3-4 gün qaranlıq mühitdə və ya bananla bir qabda saxlamaq kifayətdir. Yetişmiş meyvələr soyuducuda 1 həftə qala bilər. Əsasən desert-qida məqsədilə meyvə salatlarında, sərinləşdirici içkilərin hazırlanmasında tətbiq edilir. Meyvənin qabığı soyulduqda və toxumları çıxarıldıqdan sonra çiy şəkildə yeyilir, meyvə tam yetişməyibsə, qaynadıb yemək olar. Ocaqda bişərkən ondan çox gözəl çörək ətri gəlir. Görünür, "çörək ağacı" adlanması da buna görədir. İspan dənizçiləri isə onu yemiş ağacı adlandırmışlar.
ABŞ-da herpesin, ekzemanın müalicəsində papayyadan hazırlanmış həblərdən istifadə edilir. Həmçinin həzm sistemini yaxşılaşdıran vasitə kimi qastrit, mədə xorası, antikoaqulyant kimi isə damar trombozlarında, kosmetologiyada isə yanıqlarda, arzuedilməz tüklərin və çillərin yox edilməsində istifadə edilir.
Kal papayya meyvəsinin, o cümlədən bitkinin bir çox hissələrinin süd şirəsinin və yetişmiş toxumlarının tərkibində çoxlu fermentlər mövcuddur. Bunlardan biri də papain fermentidir. Papaidən min illər boyu Cənubi Amerikada sərt ət liflərini parçalamaq üçün istifadə ediblər. Həmin fermentdən həzm sistemi pozğunluqları zamanı istifadə edilən həblər hazırlanır. Papayya yetişdirilmiş 1 hektar ərazidən bitkinin 100 kq-a yaxın fermentini əldə etmək olar. Papayyaya sarı rəngi verən isə karotin yox, karikaksantindir. Onun tərkibi A və C vitaminləri ilə də zəngindir. Meyvə toplayan zaman bir qədər ehtiyatlı olmaq lazımdır, çünki papayya lateks-şirə ifraz edərək dərini qıcıqlandıra, allergik reaksiyalara səbəb ola bilər. Papayyanın meyvə və yarpaqlarında qurdqovucu təsirə malik yüksək dozada təhlükəli olan karpain adlı alkaloid də mövcuddur. 100 qram papayya meyvəsi 26-74 kaloridir. Hindistan və Şri-Lankada yaşayan xanımlar uzun illər papayyadan kontrasepsiya vasitəsi kimi istifadə ediblər.