Xristianlıqda ana

Xristianlıq


Xristianlıq

V və yaxud da VI əsrə məxsus olan Theotokos mövzusunda çəkilmiş olan bir ikona.

Theotokos (yunan : Θεοτόκος) və yaxud Xristianlıqda anaPravoslav KilsəsindəŞərqi Katolik Kilsəsində İsanın anası Məryəm ana üçün istifadə edilən xristian dininə məxsus olan dini termindir. Yunanca Allah mənasını verən theos və dünyaya gətirmək mənasını verən tikto sözlərinin birləşməsindən əmələ gəlib, "Allahı dünyaya gətirən", "Allahın anası" mənasını verir[1][2].

Bakirə Məryəmlə bağlı əsas xristian prinsiplərindən biri olub, onun Müqəddəs Üçlüyün ikinci şəxsi, bədəndəki Kəlam olan Allahın və dolayı yol ilə Theotokos və Allahın Anası olaraq İsa Məsihi dünyaya gətirməsi həqiqətini ifadə edir[3][4].

"Allahın Anası" ("Allahı dünyaya gətirən") ifadəsi nə anası, nə də atası olmayan (digər qədim dinlər mövcud olan Allahların anaları olan qədim ilahələrdən fərqli olaraq) əbədi Allah Atanın anası demək deyildir. Bunun əksinə olaraq, əksər xristianlar inanırlar ki, Kəlam olan Allah əbədi olaraq Ata Allahdan doğulsa da, o, Məryəm ananın enkarnasiyasıdır ("bədənindən doğulmuş"). Başqa bir sözlə ifadə edilərsə, Allah-insan İsa Məsihin iki təbiəti mövcuddur: ilahi — Ata Allahdan və insani — Məryəm anadan gələn[5].

Xristotokos

  1. Ph. Schaff, H Wace Nicene and Ante-Nicene Fathers, II. XIV ("Excursus on the Word Θεοτόκος")
  2. J. F. Bethune-Baker, Nestorius and His Teachings: A Fresh Examination of the Evidence (1998), p. 58
  3. Addai and Mari, Liturgy of. Cross, F. L., ed. The Oxford Dictionary of the Christian Church. Oxford University Press. 2005. "Book for people in English". Kaldu.org. 2013-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-03.
  4. John Witvliet, "The Anaphora of St. James" in ed. F. Bradshaw Essays on Early Eastern Eucharistic Prayers, 1997. "CHURCH FATHERS: Divine Liturgy of St. James". Newadvent.org. 2013-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-03.
  5. "NPNF2-14. The Seven Ecumenical Councils - Christian Classics Ethereal Library". Ccel.org. 2005-06-01. 2010-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04.