Qrenadin

Qrenadin

Qrenadin — alkoqolsuz içkidir. Qırmızı rəngli şirin siropdur. Ən çox kokteyllərdə istifadə edilir. Bəzən, qrenadinə alkoqol əlavə edirlər. Bu zaman alkoqol içki likör yaranır. Qrenadindən bəzi alkoqollu içkilər — pivətekila növləri hazırlanır. Qrenadin ənənəvi olaraq nardan əldə edilir.

Etimologiyası və mənşəyi

[redaktə | mənbəni redaktə et]

Qrenadin fransızca grenade — nar və latınca grānātum — toxumlu sözlərindən götürülmüşdür. Qrenadin əvvəllər nar şirəsi, şəkərsudan hazırlanırdı.[1]

Kokteyllərdə istifadəsi

[redaktə | mənbəni redaktə et]
Queen Mary kokteyli: pivə, qrenadin və maraşino albalısı

Qrenadin ümumiyyətlə həm müasir, həm də klassik kokteylləri qarışdırmaq üçün istifadə olunur. Belçikada o, bəzən Trappist və ya gueuze kimi müəyyən pivələrə əlavə edilir. Qrenadin həmçinin Roy Roqers, çəhrayı limonad və Şirley Templ kokteylləri kimi bəzi alkoqolsuz içkilərin məşhur tərkib hissəsidir. Sadəcə bir qabda soyuq su və ya soda ilə, bəzən buzla qarışdırılır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Dictionnaire Universel de Cuisine Pratique : Encyclopédie Illustrée D'Hygiène Alimentaire, Joseph Favre, Paris, 1905, pp. 1088.