Skotia dənizi - Cənubi Georgiya, Cənubi Sandviç adaları və Cənubi Orkney adaları arasında yerləşir. Onun böyük hissəsi Atlantik okeanının ərazisinə, az bir qismi isə Cənub okeanı akvatoriyasına qaxildır.
Skotia dənizi | |
---|---|
ing. Scotia Sea | |
| |
Ümumi məlumatlar | |
Tip | Adalar arası |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 1300000 km² |
Dərin yeri | 6022 m |
Orta dərinliyi | 5000 m |
Duzluluğu | 34 ‰ |
Yerləşməsi | |
57°30′00″ c. e. 40°00′00″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Üst akvatoriyası | |
Yerləşməsi | Qərbi Antarktida |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 1,300,000 km², orta dərinliyi 5,000 m, ən dərin yeri 6022 m təşkil edir. Dəniz dibinin dərinliyi 5000 metrdən aşağıdır. Dünya dənizləri arasında orta dərinliyinə görə ən dərin dənizdir. Dəniz soyuq Antarktik cərəyanların təsirinə məruz qalır. Səthində temperatur 6 -1 C arasında dəyişir. Duzluğu 34 ‰ təşkil edir. Cənubunda Ueddell dənizi yerləşir. Dəniz qərbdə Dreyk boğazı vastəsi ilə Sakit okeana birləşir. Dəniz ərazisinə Antraktida ərazisindən aysberlər gəlir. Burada kiçik dəniz canlıları vardır ki, onlarda balıqların, dəniz quşlarının və bığlı balinaların qidasını təşkil edir. Balıqçılıq inkişaf etmişdir. Dəniz Şotland Antraktik ekspedisiyasının <<Skotia>> adlı gəmisinin şərəfinə adlandırılmışdır. Ekpedisiyaya U. Bryus rəhbərlik etmişdir.