Arşın mal alan tammetrajlı bədii filmi[2] rejissor Boris Svetlov tərəfindən 1917-ci ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir.
Arşın mal alan | |
---|---|
Janr | komediya |
Rejissor | Boris Svetlov |
Əsərin müəllifi | Üzeyir Hacıbəyov |
Ssenari müəllifi | |
Baş rollarda |
Hüseynqulu Sarabski Əhməd Ağdamski Ələkbər Hüseynzadə Yunis Nərimanov Mirzəağa Əliyev Aleksandra Olenskaya Hənəfi Terequlov Yeva Olenskaya |
Operator | Qriqori Lemberq |
İstehsalçı | "Filma" Səhmdar Cəmiyyəti[1] |
İlk baxış tarixi | 3 yanvar 1917 |
Filmin növü | tammetrajlı bədii film |
Ölkə | Rusiya imperiyası |
Dil | səssiz (titrlər azərbaycancadır) |
Texniki məlumatlar | 7 hissə |
Rəng | ağ-qara |
IMDb | ID0499428 |
Kinokomediyanın qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar. Filmdə rolları Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Ələkbər Hüseynzadə, Yunis Nərimanov, Mirzəağa Əliyev, Aleksandra Olenskaya, Hənəfi Terequlov və Yeva Olenskaya ifa edirlər.
Filmin qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.[3]
Adətə görə o vaxt qadınlar nəinki səhnəyə çıxmır, hətta onların ictimai yerlərdə görünmələrinə də icazə verilmirdi. Ona görə də o dövrdə qadın rollarını kişilər oynayırdılar. Filmin çəkilişi ilə bağlı rejissor da bu qaydaya riayət etməyə məcbur olur. O, Gülçöhrə və Cahan xala rollarına kişi aktyorlardan Əhməd Ağdamski və Yunis Nərimanovu çəkir.[4]
Film ilk dəfə Bakıdakı "Forum" kinoteatrında nümayiş etdirilmişdir. Musiqiçilər salonda operettadan musiqi parçaları ifa edirdilər. Cabbar Qaryağdıoğlu və digər xanəndələr ariyalar oxuyurdular.[3]
Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir Hacıbəyovun təkidi ilə yanvarın 8-də ekrandan çıxarılmış, lakin qaranlıq kadrlar, yararsız epizodlar kəsilib götürüldükdən sonra 4 hissəli yeni film kimi kinoteatrlarda şərq musiqi orkestrinin müşayiəti ilə təkrar göstərilmişdir.[5] Güman var ki, bu dəfə G. Belyakov eyni filmi özününküləşdirmiş, sanki təkrar çəkilmiş kimi yenidən ekranlara çıxarmışdır. Bu dəfə filmin hər bir hissəsinin öz adı var idi: "Cavan Əsgər ilə Vəlinin macərası", "Gəlin seçmək", "Arşın mal alan", "İkisi axtardı, dördü evləndi".[3]
Film sonradan bütün Qafqazda nümayiş etdirilmiş, tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Və yenidən Bakı tamaşaçılarının mühakiməsinə verilmişdir. Bununla əlaqədar "Kaspi" qəzetinin 1917-ci il 20 aprel tarixli sayında xəbər verilmişdir ki, 4 hissədən ibarət "Arşın mal alan" komediyası Bakının Malıy teatrında aprelin 20-dən 22-dək göstəriləcək və filmi şərq musiqi orkesti müşayiət edəcəkdir. Bu film Üzeyir Hacıbəyovdan gizli surətdə müxtəlif vaxtlarda və müxtəlif şəhərlərdə gah 7, gah da 4 hissədə nümayiş etdirilmişdir.[6]
Film Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.[3]