Qriqori Mixayloviç Sorin (1 (13) yanvar 1894, Rjev, Tver quberniyası[d] – 10 yanvar 1973, Bakı) — sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1961).
Qriqori Sorin | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Rjev, Rjev qəzası, Tver quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1914-cü ildən |
Mükafatları |
Qriqori Sorin 1 yanvar (13 yanvar) 1894-cü ildə Rjevdə anadan olmuşdur. 1914-cü Moskva Filarmoniya Cəmiyyətinin Teatr Məktəbini bitirmiş, elə həmin ildə səhnə fəaliyyətinə başlayaraq 1914–1923-cü illərdə Moskvada Nezlobin teatrında, 1923–1927-ci illərdə Meyerhold adına teatrda, 1927–1931 və 1937–1941-ci illərdə Satira teatrında, 1931–1936-cı illərdə Odessa, 1941–1946-cı illərdə isə Qorki teatrlarında işləmiş, 1946-cı ildən fasilələrlə S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur.[1][2]
Qriqori Sorin 10 yanvar 1973-cü ildə Bakıda vəfat etmişdir.[2][3]
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Vasya | Qızğın ürək | Aleksandr Ostrovski |
Robinzon | Cehizsiz qız | Aleksandr Ostrovski |
Pyotr | Meşə | Aleksandr Ostrovski |
Perçixin | Meşşanlar | Maksim Qorki |
Saatsaz | Kreml saatı | Nikolay Poqodin |
Şeyx Alı | Vaqif | Səməd Vurğun |
Nəcəf bəy | Şərqin səhəri | Ənvər Məmmədxanlı |
Malvolio | On ikinci gecə | Uilyam Şekspir |