Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (kitab)

Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi —kitabı 2018-ci ildə rus dilində nəşr olunub. Kitabda Qərb dövlətləri və Rusiyanın Səfəvilər dövlətinə qarşı Qriqorian kilsəsindən istifadə etməkləri haqqında tarixi məlumatlar öz əksini tapıb.[1] [2]

Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi
rus. Григорианская церковь как инструмент шпионажа против Сефевидского государства
Mövzu Tarix
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2018
Nəşriyyat Şərq-Qərb nəşriyyatı
Səhifə 160
Tiraj 500
ISBN 978-9952-34-369-4

Haqqında[redaktə | mənbəni redaktə et]

Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitabda Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətindən bəhs edilir.[3]

Kitabın birinci hissəsində erməni tarixçiləri tərəfindən guya Səfəvi hökmdarları arasında "erməni fobiyası"nın mövcud olması, onların erməni əhalini məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən tezisin də əsassız olduğunu göstərir. Müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən orta əsr salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Kitabın ikinci hissəsində Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranması tarixi izlənilir. Kitabın üçüncü hissəsində Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyası və uğurları barədə, dördüncü hissəsində isə Səfəvilərin tənəzzülü dövründə Qriqorian kilsəsinin vəziyyətindən bəhs edilir.[4]

Sonradan kitab ingilis dilinə tərcümə olunaraq nəşr edilib.[5][6]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi" kitabı işıq üzü görüb". science.az. 20 noyabr 2018. 29 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
  2. "Akademik Ramiz Mehdiyevin "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi" kitabı çapdan çıxıb". report.az. 19 noyabr 2018. 29 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
  3. ""Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi" kitabının təqdimatı olub". avciya.az. 29 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
  4. Ramiz Mehdiyev. Григорианская церковь как инструмент шпионажа против Сефевидского государства (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2018. səh. 3. ISBN 978-9952-34-369-4.
  5. "Academician Ramiz Mehdiyev's book "The Gregorian Church as a tool of espionage against the Safavid State" published in English" (ing. ). azertag.az. 13 aprel 2019. 29 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
  6. ""The Gregorian Church as an Espionage Tool Against the Safavid State": Azerbaijani Academician's Book Released in English" (ing. ). aztc.gov.az. 12 aprel 2019. 29 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]