Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi —kitabı 2018-ci ildə rus dilində nəşr olunub. Kitabda Qərb dövlətləri və Rusiyanın Səfəvilər dövlətinə qarşı Qriqorian kilsəsindən istifadə etməkləri haqqında tarixi məlumatlar öz əksini tapıb.[1] [2]
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi | |
---|---|
rus. Григорианская церковь как инструмент шпионажа против Сефевидского государства | |
Mövzu | Tarix |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 2018 |
Nəşriyyat | Şərq-Qərb nəşriyyatı |
Səhifə | 160 |
Tiraj | 500 |
ISBN | 978-9952-34-369-4 |
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitabda Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətindən bəhs edilir.[3]
Kitabın birinci hissəsində erməni tarixçiləri tərəfindən guya Səfəvi hökmdarları arasında "erməni fobiyası"nın mövcud olması, onların erməni əhalini məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən tezisin də əsassız olduğunu göstərir. Müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən orta əsr salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Kitabın ikinci hissəsində Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranması tarixi izlənilir. Kitabın üçüncü hissəsində Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyası və uğurları barədə, dördüncü hissəsində isə Səfəvilərin tənəzzülü dövründə Qriqorian kilsəsinin vəziyyətindən bəhs edilir.[4]
Sonradan kitab ingilis dilinə tərcümə olunaraq nəşr edilib.[5][6]