Qubad İslam oğlu Zeynalov (15 fevral 2001; Hacıqabul, Azərbaycan — 4 fevral 2021; Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı.
Qubad Zeynalov | |
---|---|
Qubad İslam oğlu Zeynalov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hacıqabul, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Ağdam, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | İslam Zeynalov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2021 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Qubad Zeynalov 15 fevral 2001-ci ildə Hacıqabul rayonunda dünyaya göz açmışdır. Orta məktəbi 2019-cu ildə bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Qubad Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və [[Hadrutun azad edilməsi|Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə]] vuruşmuşdur. Döyüşlər gedişatında yaralansa da, sonra yenidən cəbhəyə qayıtmışdı.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qubad Zeynalov "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[1]
Vətən müharibəsi bitdikdən sonra Qarabağda, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirən əsgər Qubad Zeynalov 4 fevral 2021-ci ildə Ağdam rayonu ərazisində baş verən partlayış nəticəsində həlak olmuşdur.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qubad Zeynalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qubad Zeynalov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]