Qulançarşəkilli qulançar

Qulançarşəkilli qulançar (lat. Asparagus asparagoides) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.

Qulançarşəkilli qulançar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yabanı halda Cənubi Afrika nın dağ meşələrindən və sahilyanı qumlarında bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,7 m-dək böyüyən, sürənən və sarmaşan zoğları olan bitkidir. İynəli gövdələrinin uzunluğu 100 sm-ə çatır, çılpaq, açıq- yaşıl, nazik zoğludur. Fillokladiləri (dəyişmiş gövdələri) yarpaqşəkilli, yumurtavari, parlaq yaşıldır. Yarpaqları hamar, parlaq olub, uzunluğu 4 sm-ə çatır. Ürəkşəkilli kladodiləri vardır. Çiçəkləri xırda, ağdır. Meyvələri narıncı-qırmızı giləmeyvələrdir.

Meşələrdə çürüntülü, xam torpaqlarda, kölgəli ərazilərdə yaxşı bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərdəkan dendrarisində introduksiya olunmuşdur. Yaşıllaşdırmada çox az rast gəlinir.

Bu növün kəsilmiş zoğları uzun müddət öz təravətini saxlayır, ona görə dəstələr və çiçək kompozisyaları düzəltdikdə onları tamamlayır. Meyvələri portağal qoxuludur. Bu növdən dirəkdə və ampel bitkisi kimi də istifadə olunur.