Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1917, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya Respublikası[d]) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır.
Qurbanəli Şərifzadə | |
---|---|
| |
Digər adı | Qurbanəli Şərifov |
Doğum tarixi | 1854 |
Doğum yeri | |
Vəfat tarixi | 1917 |
Vəfat yeri |
|
Uşağı |
Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var.[1]
C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, 1908-ci ildən başlayaraq "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; O, 1909-cu ildə çıxan müxtəlif nömrələrdə (10, 18, 21, 22, 27, 28, 42, 44, 49, 50) və 1910-cu ilin 14-cü nömrəsində "Məşədi Mozalanbəy" imzası ilə felyetonlar çap edilmişdir.[2] "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir[3].
C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır.