Qurban Abasov

Qurban Abbasqulu oğlu Abbasov və ya Neftçi Qurban (tam adı: Abbasov Qurban Abasqulu oğlu; 26 oktyabr 1926, Payız, Naxçıvan MSSR14 sentyabr 1994, Bakı) — Azərbaycan neftçisi, Sosialist Əməyi Qəhrəmanı (1959), SSRİ-nin fəxri neftçisi, "Stalin" mükafatı (1951) və iki dəfə Azərbaycan SSR Dövlət mükafatları laureatı (1972, 1991), Azərbaycan SSR əməkdar mühəndisi (1972). Qurban Abbasov Sovet İKP-nin 22, 24, 25 və 27-ci qurultaylarının nümayəndəsi, AKP MK-nın üzvü, Asiya və Afrika ölkələri Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur. O, 4 dəfə SSRİ Ali Sovetinin və 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Qurban Abasov
Doğum tarixi 26 oktyabr 1926(1926-10-26)
Doğum yeri
Vəfat tarixi 14 sentyabr 1994(1994-09-14) (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1959
"Şöhrət" ordeni — 1994
"Lenin" ordeni — 1959 "Lenin" ordeni — 1957 "Oktyabr inqilabı" ordeni — 1980 "Qırmızı əmək bayrağı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1985 "Şərəf nişanı" ordeni — 1966 "Əməkdə fərqlənməyə görə" medalı — 1966
1-ci dərəcəli "Stalin" mükafatı — 1951 Azərbaycan Respublikasının Dövlət mükafatı — 1991 Azərbaycan SSR Dövlət mükafatı — 1972 SSRİ-nin fəxri neftçisi "Azərbaycan SSR neft ustası" fəxri adı "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı

Xalq arasında Neftçi Qurban adı ilə məşhur olan Qurban Abasqulu oqlu Abbasov 26 oktyabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub[1]. Əmək fəaliyyətinə 1944-cü ildəArtyomneft trestində fəhlə kimi başlayan Qurban Abbasov, sonra Azərneft Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, Gürgənneft NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib[2].

Əmək fəaliyyətini davam etdirərək, Neft və qaz quyularının qazılması ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir.

1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunur. Həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. 1958-ci ildə o, Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib. 1967–1980-ci illərdə – Xəzərdənizneftkəşfiyyat trestinin müdiri, Xəzərdənizneft İB-nin baş direktor müavini, Neft Daşları NQÇİ-nin rəisi, 1980–1983-cü illərdə -Xəzərdənizneftqazsənaye ÜİB-nin baş direktoru, 1988–1992-ci illərdə Xəzərdənizneft İB-nin baş direktoru, 1992-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifələrində çalışmışdır.

Q. A. Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. Şelf-1 tipli yarımdalma Üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində onun xüsusi xidmətləri olmuşdur. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilmiş, Kaveroçkin adına (indiki "Çıraq" yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaratmışdır.

Q. A. Abbasovun bilavasitə rəhbərliyi altında dərin dəniz stasionar özüllərin inşasının istehsalat bazası yaradılmış, Xəzər dənizinin dərin sahələrində stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmışdır. Q. A. Abasovun 28 Aprel, Kaveroçkin adına, 26 Bakı Komissarı adına, Oktyabr İnqilabı adına kimi iri yataqların kəşf edilməsindəki xidmətlərinin dəyəri yoxdur. 28 Aprel isə — həqiqətən neftçi Qurbanın yetişdirməsidir. Titan-2 üzən kranı onun adını daşıyır.

Qurban Abbasovun Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il
  • Azərbaycan xalqı öz əfsanəvi qəhrəmanın adını əbədiləşdirmək üçün üzən krana "Neftçi Qurban" adı vermişdir.
  • Lökbatan qəsəbəsində onun adını Mədəniyyət sarayı, küçə, məktəb, körpü daşıyır. Bayıl qəsəbəsində adına küçə var
  • Tələbə və aspirantlar üçün "Neftçi Qurban" təqaüdü təsis edilmişdir.

Neftçi Qurban (film, 1970) — qısametrajlı sənədli bioqrafik bədii film

[redaktə | mənbəni redaktə et]

Azərbaycanfilm tərəfindən istehsal olunan film , Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasova və onun adi kəndli oğlunun məşhur neft ustasına qədər ucalan həyat yoluna həsr olunmuşdur. Filmin rejissoru Mirzə Mustafayev, Ssenari müəllifi Leonid Tahirov, Operatorları Mirzə MustafayevMehman Dadaşov, səs operatoru Əziz Şeyxov olmuşdur. Film 1972-ci ildə Qorkidə fəhlə sinfi haqqında filmlərin Ümumittifaq kinofestivalında SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya və SSRİ Kinematoqrafçılar İttifaqının Diplomuna layiq görülmüşdür.[3]

  1. "ABBASOV QURBAN ABBASQULU OĞLU". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
  2. "Qurban Abbasqulu oğlu Abbasov". 2013-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
  3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235–258.