Qurbanov, Emin Mahmudov ilə birlikdə Azərbaycan milli futbol komandasının ən məhsuldar iki oyunçusundan biridir. Keçmiş hücumçu, 1992–2005-ci illərdə çıxış etdiyi Azərbaycan millisin heyətində ümumilikdə 68 oyun keçirib,[Qeyd 1] 14 qol[Qeyd 2] vurub.[2][3][4][5][6][7]
Qurbanov 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoxlama oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib.[8] O, matçın 46-cı dəqiqəsində Mahmud Qurbanovu əvəzləyib.[8][9] Qurbanov millinin heyətində sonuncu oyununa 7 sentyabr 2005-ci ildə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya ilə keçirilən qarşılaşmada çıxıb.[2][3]
Qurban Qurbanov hücumçu mövqeyində oynamış keçmiş Azərbaycan futbolçusudur. O, hazırda Ağdamın "Qarabağ" klubunun (2008-ci ildən) baş məşqçisidir.[1]
Qurbanovun milli komandada ilk qolu 1993-cü ilə təsadüf edir. İyunun 8-də İranın paytaxtı Tehranda keçirilən beynəlxalq turnirdə Azərbaycan 21 yaşadək futbolçulardan ibarət Qazaxıstan yığma komandası ilə qarşılaşırdı.[8][10] Qurbanov görüşün 14-cü dəqiqəsində hesabı açır, 41-ci dəqiqədə isə ikinci qolu qazaxların qapısından keçirir.[8] Qarşılaşma 3:3 hesabı ilə başa çatır.[8] Bu oyun Qurbanov üçün millidə qol hesabını açması və dubl etməsi ilə əlamətdar olur.
Qurbanov millidə növbəti qolunu Farer adaları ilə keçirilən yoldaşlıq oyununda vurur. 1996-cı il fevralın 27-də Kiprdə keçirilən görüşdə (3:0) Qurbanov komandasının 3-cü qoluna imza atıb.[8][11]
Həmin ilin mayında isə Qurbanov millidə 4-cü qolunu vurur. Bu, Belarusla yoldaşlıq oyununda (2:2) gerçəkləşir. Matçın 46-cı dəqiqəsində kapitan Nazim Süleymanovu əvəzləyən Qurbanov 53-cü dəqiqədə fərqlənir.[8][12]
Qurbanov 1997-ci ilin martında Türkmənistanla Bakıda keçirilən yoldaşlıq oyununda da rəqibi məyus etməyi bacarır. O, 3:0 hesabı ilə qalib gəldikləri matçın 88-ci dəqiqəsində son nöqtəni qoyur.[8][13]
Avro-2000-in seçmə mərhələsində səfərdə Lixtenşteynlə keçirilən oyunda da Qurbanov fərqlənir. O, 1:2 hesablı məğlubiyyətdə təsəlli qolunu vurur.[8][14]
Qurbanov növbəti qol sevincini Estoniya ilə yoldaşlıq matçında yaşayıb. O, 2:2 hesablı bərabərliklə bitən qarşılaşmanın 1-ci dəqiqəsində rəqibi məyus edib.[8][15]
Avro-2000-nin seçmə mərhələsində Lixtenşteynlə Bakıda keçirilən görüş də Qurbanov üçün əlamətdardır. O, səfərdəki matçda olduğu kimi, "Tofiq Bəhramov"da da rəqib qapısına yol tapmağı bacarır. 4:0 hesablı qələbədə ilk qolu Qurbanov vurur.[8][16]
Artıq millinin əsas qol silahına çevrilən Qurbanov Avro-2004-ün seçmə mərhələsində də komandasına öz töhfəsini verir. O, 2003-cü ilin 12 fevralında səfərdə Serbiya və Çernoqoriya ilə keçirilən görüşün qəhrəmanı olur. Yığması 0:2 hesabı ilə geridə olan zaman matçın 58 və 77-ci dəqiqələrində qol vuran hücumçu komandasını məğlubiyyətdən xilas edərək millisinə bir xal qazandırır.[17] Qurbanov bu rəqiblə Bakıda keçirilən oyunda da toru silkələməyi bacarır.[8][18]
Qurbanov 2004-cü ildə Moldova, Özbəkistan və Latviya ilə keçirilən yoxlama oyunlarının hərəsində bir qol vurur.[8][19][20][21]
Azərbaycanın qolları ilk sırada göstərilmişdir.
|
|
|