Səlimov Qurban - (tam adı: Səlimov Qurban Hamlet oğlu) - bir çox sənədli filmlərin, televiziya layihələrinin və reklam çarxlarının müəllifi və rejissorudur. ABA TV, Lider TV, “İnternews Azerbaijan”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş” sənədli filimlər studiyası, YADEL-film production (Türkiyə), "ADG plus production” kimi şirkətlərdə rejissor və layihə rəhbəri kimi çalışıb. Hazırda Azad Azərbaycan Tele-radio kompaniyasında Baş prodüser vəzifəsində çalışır.
Səlimov Qurban Hamlet oğlu, 27 fevral 1971-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni-maarif işi” fakultəsinin televiziya rejissoru ixtisası üzrə ali təhsilini alıb. Evlidir iki övladı var.
Layihənin adı | Layihəni istehsal edən və sifariş verən şirkətlərin adı |
“Dəhliz”(müəllif layihəsi), “Pullarla rəqs”(intellektual şou) | ABA TV |
“Media və mən” (analitik tok şou) | “İnternyus” TV Azərbaycan Təmsilçiliyi |
“Ugur” Milli Mükafatı (təqdimat mərasimi 2003 - 2009) | MINIMAX Holdinq |
“Kriminform”(xəbərlər),“Həyat şəcərələri”(müəllif layihəsi), “İşguzar”(sosial-ictimai xəbər) | Media Holdinq MMC |
“Welcome to Alanya”(turizm məkanlarının təqdimat filmi) | YADEL-film production (Türkiyə) |
“Welcome to the land of fire”(film tanıtım), “Instruction”(film təlimat) | BP Azerbaycan
|
“Sibirin fatehi”(Fərman Salmanov / sənədli-film portret) | Heydər Əliyev Fondu |
“Fırtınalar qoynunda keçən bir ömür”
(neftçi, geoloq Fuad Səmədov / sənədli-film portret), “Kəşfiyyatçı”, “Qərargah rəisi”, “Xüsusi təyinatlı”(Milli qəhrəmanlar / sənədli-film portret) |
Mədəniyyət Nazirliyinin YADDAŞ sənədli filimlər studiyası |
Beş illik turizm sektorunun hesabat filmi | Mədəniyyət və Turizm Nazirliyi |
“İlk Universitetimiz” (90 il Yubeley təqdimat filmi) | Bakı Dövlət Universiteti |
“Neft Akademiyası 90” (Yubeley təqdimat filmi) | Azərbaycan Dövlət Neft Akademiyası |
“10 il” (Yubeley təqdimat filmi) | TREND Informasiya Agentliyi |
ATV SƏHƏR 2019 il (aparıcılar Lalə Azərtaş, Azər Axşam, Əkbər Əlizadə, Jalə Həsənli) | Azad Azərbaycan MTRK |
“Bəxtəvər” (Tele-viktorina) | Azad Azərbaycan MTRK |
“Həyətimiz” (Tele-tamaşa) | Azad Azərbaycan MTRK |
“Bahar nəğmələri” (“Novruz” bayram koserti) 2018 il | Azad Azərbaycan MTRK |
“Yeni il 2019” (Yeni il şousu) [1] | Azad Azərbaycan MTRK |
“Yaz havası” (“Novruz” bayram koserti) 2019 il [2] | Azad Azərbaycan MTRK |
“Yeni il 2020” (Yeni il şousu) | Azad Azərbaycan MTRK |
“Dadlı səyahət” | Azad Azərbaycan MTRK |
“Şeş-Beş” (Əyləncə-oyun) | Azad Azərbaycan MTRK |
“Çimərlik voleybolu” (Əyləncə-oyun) | Azad Azərbaycan MTRK |
“Tap qazan” (Tele-viktorina) | Azad Azərbaycan MTRK |
“Bol şans” (Tele-viktorina) | Azad Azərbaycan MTRK |
“Yadındamı” (Sənədli kino-jurnal)[3] | Azad Azərbaycan MTRK |
"Yol" (film-reportaj)[4] | Azad Azərbaycan MTRK |
"Qarabağ Salnaməsi"[5] | Azad Azərbaycan MTRK |
"ATV Akustik" (Canlı ifa) [6] | Azad Azərbaycan MTRK |