Qurbanalı Vəlican oğlu Alıyev (14 iyul 1924, Ovçulu, Şamaxı rayonu – 7 fevral 1989, Moskva) — Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı.
Qurbanalı Alıyev | |
---|---|
Doğum tarixi | 14 iyul 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 7 fevral 1989 (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | baytar, deputat |
Partiyası | |
Mükafatları |
Qurbanalı Alıyev 1924-cü il iyul ayının 14-də Şamaxı rayonu Ovçulu kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1942-ci ildə Şamaxı rayonu M.Əzizbəyov adına kolxozda əmək fəaliyyətinə başlamış bir müddət sonra isə təşkilatçılıq bacarığı ilə fərqləndiyi üçün həmin kolxozda briqadir olmuşdur. Özünün əməksevərliyi, təşəbbüskarlığı, təşkilatçılığı və bacarıqlı rəhbər keyfiyyətləri ilə seçldiyi üçün 1948-ci ildə Şamaxı rayon Bağırlı Kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilir. 1949-cu ildə Kommunist Partiyası sıralarına daxil olur. 1950-ci ildə Qurbanalı Alıyev M.Əzizbəyov adına kolxozun sərdi vəzifəsinə seçilir.
Qurbanalı Alıyev çalışdığı sahə üzrə təhsilini 1950-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən rəhbər və idarəetmə sahəsi üzrə kadrlar hazırlayan mərkəzdə almışdır. 1960-ci ildə Şamaxı Zoobaytar Texnikumunu bitirmiş və Şamaxı rayonu Hacıqədirli kəndində yerləşən Həzi Aslanov adına kolxozda zootexnik işləmişdir. 1960-cı ildən 1966-cı ilə qədər uğurla Şamaxı rayonu Göylər Kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1966-cı ildən ömrünün sonuna qədər Şamaxı rayon Bağırlı Kənd Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.
1985-ci ildə Q.Alıyev Şamaxı rayon 413 nömrəli Göylər seçki dairəsi üzrə on birinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
O, 1989-cu ilin fevral ayında Rusiyanın Moskva şəhərində qəflətən vəfat etmişdir. 1989-cu il fevral ayının 9-da Şamaxı rayonu Ovçulu kənd qəbirsanlğında dəfn edilmişdir.
Qurbanalı Alıyevin dövlət qulluqçusu kimi fədəkar əməyi həm Azərbaycan SSR, həm də SSRİ dövləti tərəfindən layiqincə qiymətləndirilmişdir. O, işlədiyi müddət ərzində aşağıdakı orden və medallarla təltif olunmuşdur.
Atası – Alıyev Vəlican Alı oğlu. Anası – Alıyeva Hacıxanım Xəlil qızı. Həyat yoldaşı – Alıyeva Əsiyə Alış qızı. Övladları: Alıyeva İzzət, Alıyeva Solmaz, Alıyev Elxan, Alıyeva Zümrüd, Alıyev Subhan, Alıyeva Kəmalə, Alıyev Ceyhun.