Qurbanvermə (film, 1986)

Qurbanvermə (isv. Offret) — Sovet kinematoqrafiyasının ən istedadlı rejissoru Andrey Tarkovski özünün "Qurbanvermə" filmini çəkərkən artıq xərçəng xəstəliyindən əziyyət çəkdiyini bilirdi. Film də sanki Tarkovskinin Qurbanverməsi oldu. 54 il yaşadı.

Qurbanvermə
fr. Le Sacrifice
Janr dram filmi[1]
Əsas mövzu Üçüncü dünya müharibəsi[2], Qurbanvermə[2]
Rejissor
Ssenari müəllifi
Bəstəkar
Quruluşçu rəssam Andrey Tarkovski
Montajçı Andrey Tarkovski
Distribütor Netflix
İlk baxış tarixi 9 may 1986[3][4], 8 yanvar 1987[5], 12 may 1986[4], 14 may 1986[4], noyabr 1986[4]
Müddət 149 dəq.
Ölkələr
Dillər isveç dili, ingilis dili, fransız dili
Rəng rəngli
IMDb ID0091670
Filmin afişası

İsveçdə, şəhərdən kənar sakit bir yerdə bir yazıçı yaşayır. Film yazıçının öz doğum günündə oğlu ilə birlikdə ağac əkməsi ilə başlayır. Belə bir inam var ki öz həyatın haqda fikirləşmədən ağac əkə bilməzsən. O özünün doğum günü evə qayıdarkən lal(doğulandan) oğlu ilə insanlığın əbədi varlığı haqda(bu da daimi Tarkovski fəlsəfəsi) söhbət edir. Hər şey sakit və olmalı olduğu kimi gedir. Qonaqlar gəlir. Yazıçıya məktublar, təbriklər və s. Amma.. Hamı qonaq otağında ikən televizor vasitəsilə dəhşətli bir xəbər verilir. Havaya iki nüvə raketi buraxılıb və bir müddətdən sonra hər şey məhv olacaq.

Filmdə hadisələr demək olar ki bir evdə cərəyan edir. Hər şey burada baş verir. Tarkovskinin yaratdığı obrazlar bütün iztirabları, bütün acıları, bütün dəhşəti bir evdə yaşayırlar. Televizorda danışan aparıcı: - Hər bir şüurlu vətəndaş hazırda özünü mərd saxlayıb soyuqqanlılığını göstərməlidir. Belə ki yeganə bu dəqiqə daxili düşmən vahiməyə düşməkdir. Yalnız nizam və intizam dəyərli vətəndaşlar. Bu gün də Tarkovski insan mənəviyyatını və insan varlığını araşdıran ən güclü 5 rejissordan biri kimi qalır. Tarkovski yaradıcılığı ilə tanış deyilsizsə o zaman Qurbanvermədən başlamayın. Yox, Tarkovski yaradıcılığını sevirsizsə o zaman filmdə gedən monoloqları çox bəyənəcəksiz. Əgər izləməyə ürək etsəz o zaman bütün iradənizi və səbrinizi toplayıb baxın.