Qurdbasar[1][2] (Azərbaycan çoban iti, Çoban iti, Qoyun iti, Qurd və Alabaş da adlandırılır) — Azərbaycanın yerli it cinsi. Əsasən qoyunçuluqda istifadə olunur. Qoyun sürüsünün rahat idarə edilməsinə xidmət edir.
Qurdbasar | |||||
---|---|---|---|---|---|
Mənşəyi | |||||
Ölkə | Azərbaycan | ||||
Arealı | Quba, Xızı, Şamaxı | ||||
Xarakteristikaları | |||||
Boyu |
|
||||
Çəkisi |
|
||||
Rəngi | qara, zolaqlı, ağ, kül rəngi, sarı, boz | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bu cins əsasən Azərbaycan ərazisində yayılmış və elə buradaca formalaşmışdır. Xüsusi ilə Quba, Xızı, Şamaxı, İsmayıllı rayonları ərazilərindəki təsərrüfatlarda daha çox yararlanılır. Onlar, əsasən, yaylaq və qışlaqlarda saxlanılırlar. İstər dağlıq, istərsə düzən şəraitə uyumludurlar.
İlk əvvəl Qurdbasarlar azərbaycanlıların karvanlarının, qoyun sürülərinin, evlərinin və torpaq sahələrinin qorunmasında istifadə edilirdi. Onlar sahibinə və onun ailəsinə sədaqəti ilə seçilir. Yadlara qarşı isə çox amansız olur. Fiziki göstəricilərinin yüksək olması və sədaqətliliyi onların mühafizəyə cəlb edilməsinə səbəb olur. Hazırda isə əsasən sürüləri vəhşi heyvanlardan qorunmada istifadə edilir.
Orta və iri bədən quruluşuna malik olurlar. Kök və elastik dəri onun boyun nahiyəsində buxaq əmələ gətirir. 3 yaşında yetkinləşir. 15 və yuxarı yaş yaşayan itlər uzun ömürlü hesab edilir.
Əzələli başa malik olurlar. Alt çənələri geniş açıla bilir və yaxşı inkişaf etmişdir. Burunları iri, əsasən qara rəngdə olur. Qulaqları gözləri ilə düz mütənasibdir. Dişləri yaxşı inkişaf etmişdir. Ağ dişlərə malik olurlar. Güclü boyuna malikdirlər.
Erkəklər 72 sm, dişiləri isə 66 sm hündürlüyə malik olurlar. Birincilər 52 kq, ikincilər isə 42 kq çəkiyə malikdirlər.
Əsasən, sıx tükə malik olurlar. İtlər xəzlərin fərqliliyi ilə əlaqədar 2 tipə bölünür:
Əsasən sarı (sarının müxtəlif çalarlarında ola bilir), qara, zolaqlı, ağ, kül rəngi və boz rənglərdə ola bilir. Hətta qırmızı-sarı rəngli ləkələr pəncə və boyun nahiyələrində görülür. Qara rəngli itlərdə göz ətraflarında sarı ləkələr olur.
Güclüdür, yığcam bədənlidir. Aktiv formada qoruma xüsusiyyətinə malikdirlər.
Sərbəstdir, tələskənliyə yol vermir. Hərəkət zamanı ön və arxa ətraflar sərbəstdir.
Standartları "Qafqaz itlərinin cinsləri" ictimai birliyinin 7 fevral 2008-ci il yığıncağında № 01–0208 protokolu ilə təsdiqlənmişdir.
İt döyüşlərinin Azərbaycan ərazisində tarixi qədimlərə gedir. Döyüşlər xüsusilə bayram günləri təşkil edilirdi. Bu məqsəd üçün itlər xüsusilə bəslənilir. İtlərin döyüşlərdə zəif nöqtələrini minimuma endirmək məqsədilə qulaq və quyruq nahiyələri kəsilir. Bu əməliyyat əsasən itlər hələ küçük olarkən həyata keçirilir. Günümüzdə belə bu döyüşlər mövcuddur[3][4]. İt döyüşlərinin həvəskarlarına Azərbaycanın, demək olar, hər bölgəsində rast gəlinir.
Araşdırmalar göstərmişdir ki, artıq b.e. 3 min il əvvəl Azərbaycanda yerli əhlilləşmiş itlər insanlara ovda və həyətlərin, heyvanların qorunmasında yardım göstərirdilər.