Süleyman Çakır — Qurdlar Vadisi serialında Oqtay Qaynarca tərəfindən canlandırılmış obraz.
Süleyman Çakır | |
---|---|
Qurdlar Vadisi personajı | |
İlk görünmə | Qurdlar Vadisi 1-ci bölüm |
Son görünmə | Qurdlar Vadisi 45-ci bölüm |
Doğum tarixi | 1964 |
Doğum yeri | Ardeşen, Rizə |
Ölüm tarixi | 8 aprel 2004 |
Ölüm yeri | İstanbul |
Ölüm səbəbi | Silahlı hücum |
Məlumat | |
Ləqəb(lər)i | Çakır |
Cinsi | kişi[d] |
Peşə |
Qabadayı Mafiya |
Əlaqələri |
Polad Ələmdar Məmati Baş (öldü) Seyfo dayı (öldü) Elif Eylül (öldü) Ərən Eylül (öldü) Şahin ağa (həbsdə) Duran Əmmi (öldü) |
Titul | İstanbulun səfiri |
Ailə |
Dərya Çakır (bacısı) (öldü) Əminə Çakır (anası) (öldü) Laz Ziya (qayınatası) (öldü) Meral Yılmaz (baldızı) (öldü) |
Həyat yoldaşı | Nəsrin Çakır (öldü) |
Uşaqlar |
Səlvi Çakır (qızı) Pusat Çakır (oğlu, öldü) |
Dini | İslam |
Milliyyəti | Türk |
Kiçik yaşda məscid həyətində gözü qarşısında atasının öldürüldüyünü görüb və bundan sonra dünyaya həmişə nifrətlə baxmışdır. Atası öldükdən sonra anasının evdə bişirdiyi plov və noxudu sataraq həm bacısı Dəryaya həm də anası Əminəyə baxmışdır. Bir gün polis gəlib qadağan olunmuş yerdə satış etdiyi üçün həm onu, həm də onun bacısını çox pis döymüşdür. Bu zaman gözü dönmüş və polisi bir-birinin ardınca bıçaqlayıb öldürmüşdür. Sonra cinayət işlədiyinə görə məhkum olunub, türməyə düşmüşdür. Türməyə düşəndə anası və bacısı çöldə qalmışdır. Bunun üçün ona Duran Əmmini bıçaqlamağı təklif etmişdilər və o da anası və bacısı pis vəziyyətdə olduğu üçün razı olmuşdur. Duran Əmmi dəstəmaz alarkən əlində bıçaqla onu öldürməyə getmiş ancaq atasının da dəstəmaz alarkən öldüyü gözünə gələndə etməmişdir. Duran Əmmi sayəsində mafiyaya girmiş və əhəmiyyətli bir mafiya başçısı olmuşdur. Sonra Laz Ziyanın qızı Nəsrin Yılmaz ilə evlənmişdir.
Mişar Nəcminin adamıdır. Şuranın istədiyi 3 mafiya başçısını öldürərək diqqətləri üzərinə çəkib. Bu uğurundan ötrü Qurdlar Şurası, yeni qumarxana giriş icazəsini ona vermiş, ancaq bu qumarxanaya görə əvvəl Şevko, sonra da Tombalacı Məmmədlə dalaşmışdır. Tombalacı Məmmədin qumarxana yaratması səbəbilə türməyə girmiş, bunu fürsət bilən Şura, etdikləri bütün qaranlıq işləri Çakırın üzərinə atmağa çalışıblar. Vəkil Əlif Eylülün və Poladın səyləri nəticəsində həbsdən çıxmış və Tombalacı ilə döyüşməyə davam etmişdir. Bu müharibə Şura maraqlarına zərər verməyə başlayanda şəxsən Baron Məmməd Qaraxanlının əmri və Qılıncın vasitəsilə Tombalacı Məmmədlə sülh edən Çakır, Tombalacını ələ keçirmiş və onu işgəncə ilə öldürüb. Müəyyən bir zaman sonra Baron tərəfindən İstanbul Səfiri təyin edilmişdir. İstanbul Səfiri olması onun düşmənlərini çoxaltmışdır. Çünki tez bir vaxtda səfirliyə gətirilməsi və qeyri-ixtiyari olması düşmənləri tərəfindən mənfi qarşılanmışdır.
Çakır Cərrahpaşalı Xalid tərəfindən pusquya düşürülərək öldürülüb. Süleyman Çakır serialın 43-cü bölümündə vurulmuş və 45-ci hissədə öldüyü elan edilmişdir. Can dostu Polad Ələmdar Çakırın ölümünün ardından Xalidi və altı mafiya başçısını bir gecədə öldürərək onun intiqamını almışdır. Süleyman Çakır obrazı, Qurdlar Vadisində ən çox maraq doğuran və sevilən obrazlardandır. Bu səbəblə, ölümü mənfi reaksiya almışdır. Məsələn, bəzi tamaşaçılar Çakır obrazı serialdan çıxdıqdan sonra serialı seyr etmədilər. Hətta, dövründə cənazə namazı qılınmış, qəzetlərə vəfat elanı verilmiş və də mövlud öyrədilmişdir. O dövrdə serialın rejissoru olan Osman Sınav məsələyə aydınlıq gətirmişdir. Sınav, Oqtay Qaynarcanın onsuz da serialdan ayrılacağını amma bunu serialının fəaliyyəti baxımından daha tez oluduğunu eyni zamanda Oqtay Qaynarca ilə problemlərinin olmadığını açıqlamışdır.