Qurgen Antonyan

Qurgen Gerasimoviç Antonyan (erm. Գուրգեն Գերասիմի Անտոնյան; 3 yanvar 1911[1][2], Çıraqlı[1][2]7 may 1984[2], Bakı[2]) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor (1950), Azərbaycan SSR əməkdar elm xadimi (1973), V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun erməni dili və ədəbiyyatı kafedrasının müdiri (1943–1974).

Qurgen Antonyan
Doğum tarixi 3 yanvar 1911(1911-01-03)[1][2]
Doğum yeri
Vəfat tarixi 7 may 1984(1984-05-07)[2] (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Üzvlüyü
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1973

Qurgen Gerasimoviç Antonyan 1911-ci il yanvarın 3-də bügünkü Tərtər rayonunun Qasapet kəndində anadan olmuşdur.[3] 1933-cü ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1934–1937-ci illərdə həmin universitetin aspiranturasında oxumuşdur. Elmi rəhbəri Arsen Terteryan olmuşdur. 1937–1974-cü illərdə Bakıda V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) çalışmışdır. 1943–1974-cü illərdə həmin institutun erməni dili və ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 1974–1984-cü illərdə Stepanakert Pedaqoji İnstitutunda çalışmışdır.

7 may 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Ədəbi fəaliyyəti əsasən iki qonşu xalq olan azərbaycanlılarermənilər arasındakı ədəbi əlaqələrin tarixinə ("Erməni və Azərbaycan xalqlarının ədəbi əlaqəsi", "Ədəbiyyatda erməni-Azərbaycan dostluğu" və s.), eləcə də Azərbaycanda yaşayıb-yaratmış və yaradan erməni yazıçılarının əsərlərinə aiddir.

  • Արևմտահայ ռեալիստական արձակը (Erməni realist nəsri). Bakı, 1939;
  • Նիզամին և հայ գրականությունը (Nizami və erməni xalqı). Bakı, 1947;
  • Հայ և ադրբեջանական ժողովուրդների բարեկամության արտացոլումը XIX–XX դարերի գրականության մեջ (Erməni və Azərbaycan xalqları dostluğunun XIX–XX əsrlər ədəbiyyatında əksi). Bakı: Azərnəşr, 1950;
  • Реакционное движение Шамиля и некоторые вопросы армянской общественной мысли XIX века. Баку, 1952;
  • Erməni və Azərbaycan xalqlarının ədəbi əlaqəsi. Bakı: Azərnəşr, 1955;
  • Սամեդ Վուրղուն (Səməd Vurğun). Bakı, 1958;
  • Հայ-ադրբեջանական բարեկամությունը գրականության մեջ (Ədəbiyyatda erməni-Azərbaycan dostluğu). Yerevan: Haypetrat, 1962.
  1. 1 2 3 4 5 6 7 8 9 10 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1.
  3. Ermənistan Sovet Ensiklopediyası. I. 1974. səh. 456.