Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Qurgen Markaryan (erm. Գուրգեն Մարգարյան; 26 sentyabr 1978, İrəvan – 19 fevral 2004, Budapeşt) — Ermənistan leytenantı. O, 19 fevral 2004-cü ildə Azərbaycan zabiti Ramil Səfərov tərəfindən öldürülmüşdür. Markaryan "Yerablur" hərbi qəbiristanlığında dəfn edilmişdir.
Qurgen Markaryan | |
---|---|
erm. Գուրգեն Մարգարյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 sentyabr 1978 |
Doğum yeri | |
Vəfat tarixi | 19 fevral 2004 (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Erməni |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Ermənistan |
Qoşun növü | Ermənistan Quru Qoşunları, Ermənistan Silahlı Qüvvələri |
Rütbəsi | Leytenant |
Vikianbarda əlaqəli mediafayllar |
Qurqen Marqaryan 26 sentyabr 1978-ci ildə Ermənistanın paytaxtı İrəvan şəhərində anadan olmuşdur. O, orta təhsilini İrəvandakı 122 nömrəli məktəbdə almış, daha sonra Ermənistan Dövlət Mühəndislik Universitetini mühəndis ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. 1999–2001-ci illərdə məcburi hərbi xidmət müddətini başa vurduqdan sonra leytenant rütbəsi ilə Ermənistan Müdafiə Nazirliyində zabit olmuşdur.[1]