Qurqundağ

QurqundağLaçın rayonu ərazisində dağ. Laçın şəhərindən şimalda, Qarabağ silsiləsində yerləşir. Hündürlüyü 2398 m. Oronim qurqun (türkdilli xalqların toponimiyasında "baş", "təpə", "zirvə" mənalarında işlənir; kurqan variantı da var) və dağ komponentlərindən düzəlib, "zirvəsi olan dağ" və ya "dag zirvəsi" mənasındadır.[1]

Qurqundağ
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2398 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Qurqundağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.