Quru-çöl landşaft kompleksi — Yarımsəhra landşaftları ilə tipik çöllər arasında keçid təşkil edən bu landşaft tipi Abşeron yarımadasında kiçik sahələrlə parçalanmış areallarla yayılmışdır. Ərazinin relyefi platoşəkilli yüksəkliklər və təpəli-tirəli düzənliklərlə təmsil olunur. Süxurlar məhsuldar qatın Abşeron gilləri, əhəngdaşları və qum-gillərdən ibarətdir. Hündürlük 50–145 m arasında dəyişir. Qabarıq və bəzi hissələrdə pilləvari quruluşa malik Güzdək platosunun hündürlüyü 160–200 m-ə çatır.
Burada il ərzində günəşli saatların miqdarı 2200–2400 saata qədərdir. Yanvarın orta temperaturu 2,5–3,00C, iyulun orta temperaturu 24–250C arasında dəyişir. Mütləq maksimum temperatur 40–410C, mütləq minimal temperatur isə −14–150C — dir. Ərazidə şimal və cənub küləkləri üstünlük təşkil edir. Ən sürətli küləklər (orta sürət 6–8 m/san) şimal və şimal-qərb istiqamətlərindən əsir. Havanın mütləq rütubətliyi ilin soyuq dövründə az olur, lakin isti dövrdə artır. Yağıntının illik miqdarı 180–300 mm-ə çatır. İyul-avqust aylarında düşən yağıntının miqdarı 8-mm-i keçmir. Nisbi rütubət 70% təşkil edir. Ərazinin iqlimi yumşaq qışı ilə səciyyələnir.
Quru-çöl landşaft tipi dailində parçalanmış və terraslaşdırılmış alçaq dağlığın boz-qonur torpaqlarında efemerli bitkilər üstünlük təşkil edir. Zəif parçalanmış ön dağlığın düzənliklərinin boz torpaqlarında yovşan və efemerlər bitir.[1]