Qutluqşah və ya Qutluşah (monqolca: Кутлугшах, v. 1307, Gilan ostanı) — Elxanilər dövlətinin hökmdarı Qazan xanın hakimiyyəti dövründə dövlətin hərbi qüvvələrinin baş əmiri. O, daha çox xristianlar yaşayan bölgələrdə aktiv olmuş və Suriyanın monqollar tərəfindən işğalında aktiv şəkildə iştirak etmişdir, lakin 1303-cü ildə uğradığı böyük məğlubiyyətdən sonra cəzalandırılmış, 1307-ci ildə Gilanın işğalı zamanı öldürülmüşdür.
Qutluqşah | |
---|---|
monqolca: Кутлугшах | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təxminən 1250 |
Doğum yeri | Böyük Monqol imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Gilan, Elxanilər dövləti |
Vəfat səbəbi | Döyüş |
Dəfn yeri | Təbriz, Cənubi Azərbaycan |
Dəfn tarixi | 1307-ci ilin yayı |
Milliyyəti | Manqıtlar |
Həyat yoldaşı |
Ölcai Teymur Xatub (evlilik tarixi. 30 may 1296) El Qutluq Xatun (evlilik tarixi. 7 avqust 1301) |
Uşaqları |
Şibauçi İqbalşah Qarancuq Sevinc Qutluq Adı məlum olmaya bir qız |
Atası | Manquday Noyon |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Elxani dövlətinin ordusu |
Qoşun növü | Süvari |
Xidmət illəri | 1307-ci ilə qədər |
Rütbəsi | Noyon |
Vəzifəsi | Elxani ordusunun komandanı |
Döyüşlər |
Vadi əl-Xəznədar döyüşü Mərc əl-Səffər döyüşü |
Qutluşah Manqıt tayfasının üzvü idi.[1] Atası Manquday Noyon Xubilay xaqanın əsas generallarından biri olmuş, onun da atası olan Cedey Noyon Çingiz xanın generalı olmuşdur.[2][3] Onun əmisi Hulqutu Qorçı Hülakü və Abaqa xanların dönəmində əsas keçik əmirlərindən biri olmuşdur.[4] Qutluşahın iki və ya üç qardaşının olması bildirilsə də, onlar vəzifələrdə çox yüksələ bilmədən vəfat etmişdir. Onun qardaşlarından biri olan Əmir Teymur Buğa minqxanlardan[a] birinin komandanı olmuşdur.
O, Abaqa xanın komandanlarından biri idi və Qazan xan hələ yeniyetmə Xorasan canişini olan zaman onunla yaxınlıq qurmuşdu. Bu Xorasanda Əmir Novruzun üsyanının başladığı tarix idi, lakin o, xəstə olduğuna görə 1289-cu ilin qışındakı hərbi əməliyyatlara qatıla bilmədi, amma yazda Qazanın Novruza qarşı başlatdığı yürüşdə iştirak edə bildi. Nurin Aqa və Əmir Sütai ilə birlikdə o, Novruza kifayət qədər uğursuz müqavimət göstərdi. Bundan sonra Qutluşah Qazan tərəfindən yeni taxta çıxmış Keyxatunun yanına göndərildi və ona əmr edildi ki, yeni xana Əmir Novruzun başlatdığı üsyanı bildirsin və yardım istəsin, lakin Keyxatu bu üsyanla o qədər də maraqlanmadı və istənilən yardım üçün sadəcə bir neçə əmir göndərdi. Bunu görən Qazan Qutluşahı öz yerinə canişin vəkili təyin edərək Keyxatu xanla özü görüşmək üçün Azərbaycana getdi. Qutluşah bu zaman ərzində Novruzu məğlub edib Nişapura çəkilməyə məcbur edə bildi. Bir müddət sonra Qutluşahın çox spirtli içki qəbul etdiyi bildirilsə də, o, müalicə almış və içki içməyi dayandırmışdır. O, 1294-cü ildə Əmir Novruz yenidən Qazana bağlılığını bildirən zaman orada idi.[6]
Keyxatunun öldürülməsindən və Baydunun taxta çıxmasından sonra Qazan 1295-ci ildə yeni xana qarşı yürüşə başladı. Üsyan üçün səbəb olaraq Qazan əmisinin ədalətsiz şəkildə öldürülməsini göstərirdi. Bu yürüş zamanı Qutluşah Qazanın ordusunun sol cinahını idarə edirdi. Yürüş uğurlu oldu, Baydu məğlub edildi və Naxçıvan ərazisində ələ keçirildi. Qazanın taxta çıxmasından sonra onun istəyi ilə bacısı Olcay Teymur Xatun 30 may 1296-cı ildə Qutluşahla evləndi. Qazanla daha da yaxınlaşan Qutluşah ona Novruzun xəyanətindən şübhələndiyini və araşdırma aparmaq gərəkdiyini bildirdi.
1296-cı ildə Tağaçarın edam edilməsindən sonra Anadoluda xeyli üsyan meydana çıxdı. Bu üsyanlardan birinə Cəlair tayfasından olan Baltu başçılıq edirdi. O, Tağacarı ələ keçirmiş və onu Qazan xana qarşı çevirmişdi. Qazan Qutluşahı 3 Tümənə komandan təyin edərək Anadoludakı üsyanı yatırmağa göndərdi.[7] Baltunun məğlub edilib qaçmasından sonra onun müttəfiqi II Məsud öz istəyi ilə Qutluşaha təslim oldu. Onu bağışladıqdan sonra Qutluşah Novruzla döyüşmək üçün Xorasana yola düşdü, lakin bu zaman yeni bir üsyan başladı. Bu dəfə Qutluşaha tabe olan Sulamış (Baycunun nəvəsi) 1298-ci ildə üsyana başladı. Aranda geri gəlməyə məcbur olan Qutluşah onu da məğlub etməyi bacardı. 27 aprel 1299-cu ildə Ərzincan yaxınlığında baş vermiş döyüşdə Sulamış məğlub olub Məmlük dövlətinə qaçmaöa məcbur oldu.
Qutluşahın Gürcüstan krallığında mühüm rola sahib idi. Onun orada böyük torpaqları olmaqla bərabər, ailəsi də orada məşhur idi. O, tez-tez vasitəçi və elçi olaraq əsasən monqol hakimiyyətinə qarşı olan VIII Davidlə danışıqlara girməyə məcbur olurdu.[8]
VIII David monqollardan zəmanət olaraq girovlar tələb etdikdə Qutluşah öz oğlu Şibauçi ilə birlikdə bir neçə monqol şahzadəsinin övladlarını, Qazan xanın üzüyünü onun yanına göndərdi.[9] Bu hadisə gürcülərlə Elxanilər arasında daha etibarlı münasibətlərin yaranmasına yol açdı. Gürcüstan Elxanilərin şimal sərhədlərinin qorunmasında mühüm rol oynayırdı vı Qızıl Ordaya qarşı mübarizədə əsas yeri təşkil edirdi.[10] 1298 və 1300-cü illərdə Qutluşah VIII Davidin torpaqlarında başlamış üsyanı yatırmaq üçün oraya yürüşlər həyata keçirdi.[11]
Qutluşah Qazan xanın vəziri Sədrəddin Zəncani tərəfindən təhrik edilərək Fəzlullah Rəşidəddinə qarşı bir hadisəyə qarışmışdı, lakin sonra Qutluqşahın məruzəsi əsasında Zəncani və qardaşı Qütbəddin həbs edildilər və 20 aprel 1298-ci ildə elə Qutluqşah tərəfindən öldürülərək edam edildilər.
Qazan xanın əmri ilə II Hetum Qutluqşaha Dəməşqə edilən yürüşdə yardım etməli idi.
1300-cü ildə Qazan Suriyaya böyük bir işğal vəd etmişdi, lakin o, 1301-ci ilin fevralında Qutluqşahın rəhbərliyi altında daha kiçik bir qüvvə göndərdi. Təxminən 60.000 nəfərlik qüvvə Suriya ətrafında bəzi basqınlarda iştirak etməkdən başqa bir şey etmədi. Qutluqşah 20 min döyüşçünü İordan vadisində saxladı. Onun məqsədi Dəməşqdə oturan Elxani valisinin qorunmasını təşkil etmək idi.[12] Lakin bu qüvvələr tezliklə geri çəkilməyə məcbur oldular. Orta əsrlər tarixçisi Tyreli Templara görə:
Həmin il (1300-cü il) Tatarların kralı Qazandan Kiprə məktub gəldi. Məktubda deyilirdi ki, o, qışda gələcək və istərdi ki, franklarda ona qoşulsunlar...Luzinyanlı Amalrik, Qüds krallığının döyüşçüləri noyabrda gəldilər və özləri ilə 300 cəngavər, bundan da çox məbədçilər və hospitallerlər gətirdilər...Fevralda Kotlesse (Qutluqşah) adlanan tatarların böyük admiralı 60 minlik ordu ilə Antioxiyaya gəldi və Ermənistan kralının Yaffa qrafı, İbelinli Guyla və Giblet lordu Conla birlikdə gəlməsini tələb etdi. Və onlar gəldikdə, Kotlesse onlara bildirdi ki, Qazan yolda ikən külək və soyuğa görə böyük problemlərlə üzləşmişdir. Kotlesse Hələbdən La Çemel tərəflərə qədər yürüşlər etdikdən sonra, daha artıq heç nə etmədən geri döndü.[13] |
Olcay Teymurun ölümündən sonra Qutluqşah hökmdar ailədən yeni bir evliliklə mükafatlandırıldı. 7 avqust 1301-ci ildə o, Keyxatu xanın qızı El Qutluq Xatunla evləndirildi.
Qutluqşah 1303-cü ildə Suriyaya doğru yeni bir yürüş daha həyatakeçirdi. 80 min qüvvədən ibarət olan Elxani ordusuna ermənilər də yardım edirdilər.[14] Lakin bu ordu 30 mart 1303-cü ildə Hümsdə məmlüklülər tərəfindən məğlub edildilər. Həlledici məğlubiyyət isə 21 aprel 1303-cü ildə Dəməşqin cənubunda Mərc əl-Səffər döyüşü ilə oldu. Beləliklə, Elxanilərin bu yürüşü məmlüklü ordusu tərəfindən məğlub edildi.[14] Bu yürüş Elxanilərin Suriyada həyata keçirdikləri son böyük yürüş olaraq qəbul edilir.[15] Məmlük tarixçisi əl-Məğriziyə görə, çətinliklə məğlubiyyətə görə ona verilməli olan ölüm hökmündən yayına bilmişdir. Bunun əvəzində o, məhkəmədə alçaldıcı münasibətə məruz qaldı və elə cəza olaraq da məhkəmədəki hər kəs tərəfindən alçaldıldılar. Qutluqşah Gilana sürgünə göndərildi.[16]
Qazan xanın 1304-cü ildə ölümündən sonra hakimiyyətə onun qardaşı Olcaytu keçdi. O, Qutquqşahı bağışladı və Qutluqşah yenidən əvvəlki mövqeyinə qayıdaraq ordunun baş komandanı oldu. Onun oğlu Qarancuq Olcaytunun rütbəcə 20-ci əmiri olaraq Anadoluda xidmət etməyə göndərildi. Qutluqşah özü isə 1306-cı ildə Gilandakı əməliyyata komandanlıq etməyə başladı. Xalxaldan ayrılaraq, o, Fumən və Qaskarehi tabe etməyə müvəffəq oldu, onların hökmdarları Dabbaj Qutluqşahın tabeliyində olan Əmir Polad Qiyaya hədiyyələr göndərdi.[17][18] Lakin onun oğlu Şibauçi hücumu davam etdirməyi və Dabbajın öz torpaqlarını da yağmalamağı təklif etdi. Bu istəyə olaraq Fumənin çox hissə yağmalandı və Dabbajın öz ailəsi həbs edildi. Polad Qiya yürüşdən uzaqlaşdırıldı və onun yerinə Şibauçi gətirildi. Şibauçi də Tulim, Rəşt və Şəft bölgələrindən olan yerli ordularla döyüşdə məğlub olub geri çəkildi. Qutluqşahın özü isə Tulim hakimi Rikabzen tərəfindən pusquya düşürüldü və 13 iyunda öldürüldü. Onun ölümü barədə müxtəlif versiyalar vardır. Buraya guya onun Novruzun qısası üçün öldürüldüyü də daxildir. Məmlük tarixçisi əl-Yunini onun ölüm tarixi olaraq 3 iyul 1307-ci ili göstərməkdədir.[18] Onun meyidi Təbrizə aparıldı və orada dəfn edildi. Onun ölümündən sonra köməkçilərindən biri olan Çoban yüksəldi və ordunun komandanı oldu.
əl-Yuniniyə görə, o, ibn Teymiyyə ilə 18 fevral 1300-cü ildə görüşmüş və İslama dair söhbətlər etmişdir.[19] Teymiyyəyə görə, bu zaman o, 50 yaşlarında, sarımtıl vı saqqalsız olmuşdur.
O, Qazan xanla birlikdə 1295-ci ildə İslamı qəbul etmişdir. Yazılana görə, Rikabzen onu edam etməmişdən əvvəl Əmir Novruzu nəzərdə tutaraq bu sözləri demişdir:[20]
Səni çuxa geyinməkdən, qımız, ayran içməkdən, ağır işlərdə şərəf libası, təsbih və xəz işləməkdən qurtaran, şirniyyat və qənd yedizdirən, Elxani ölkəsinin əmir ulusuna çevirən o deyildimi?[18] |
O, digər etibarlı mənbələr tərəfində Yasanın alovlu müdafiəçisi və İslam dininin tənqidçisi kimi qələmə verilmişdir. Həmçinin o, Şeyx Zahid Gilaninin rəqibi olan və ondan fərqli olaraq Allahdan yox, Qazan xandan qorxan şeyxi dəstəkləmişdir.[21]
O, İslamı birdə Olcaytunun hakimiyyəti dövründə, 1307-ci ildə tənqid etmişdir:[22]
Çingiz xanın yeni yasalarını tərk edərək, ərəblərin 70 yerə bölünmüş köhnə dinlərini qəbul edərək biz nə etdik? Bu adətdən hər hansısa birinin seçilməsi ayıb və şərəfsizlik olardı, çünki birində qızla evlənməyə icazə verilir, bir digərində isə ana və ya bacı ilə münasibət caizdir. Hər ikisindən Tanrıya sığınırıq! Çingiz xanın Yasa və Yosuna qayıdaq! |
"Sünik vilayətinin tarixi" adlı əsərdə o, Stefan Orbeliani tərəfindən "xristianların dostu" olaraq təsvir edilir.[9] Erməni tarixində bir neçə adam, o cümlədən Tatevli Qriqoriy (onun dünyəvi adı Qutluqşah idi)[23] və Ərzincan şahzadəsi Qutluşah (vəfatı 1386) da onun adını daşıyırdı.
Onun xeyli sayda arvadı var idi. Buraya iki Elxani şahzadəsi də daxil idi.
Başqa arvadlarından da olmaq övladları :