Qvinn Şotvell (ing.Gwynne Shotwell; qızlıq soyadı: Rovli, 23 noyabr1963) — amerikalı iş qadını və mühəndis. O, ABŞ komsik şirkəti SpaceX-in prezidenti və baş əməliyyat direktorudur. Burada günədlik əməliyyatlar və şirkətin inkişafından cavabdehdir.[2]
Şotvell 2020-ci ildə Forbes tərəfindən dünyanın ən güclü qadınları siyahısına 49-cu qadın olaraq alınmışdır.[3] 2020-ci ildə isə Time tərəfindən dünyanın 100 ən nüfuzlu insanı siyahısına daxil edilmişdir.[4]
Şotvelll İllinoys ştatının Evnaston şəhərində anadan olub Libertivill şəhərində böyümüşdür.[5] 1982-ci ildə Libertivill tam orta məktəbindən məzun olmuşdur.[6] 1969-cu ildə ailəsi ilə birlikdə Apollon 11 missiyasına televiziyada baxarkən bunun elə də maraqlı olmadığını və həmin vaxtlarda kosmosla maraqlanmadığını demişdir. Şotvell sinifdə həm dərslər, həm də atletika sahəsində fərqlənirdi.[5] Anası onu İllinoys Texnologiya Universitetinə aparanda burada gördükləri kosmosa və texnologiyaya olan marağına ciddi təsir göstərdi və Şotvell mühəndis olmağa qərar verdi.[7] Növbəti il Şimal-Qərb Universitetinə qəbul oldu və buranı maşınqayırma üzrə bakalavr ardınca isə tətbiqi riyaziyyat üzrə magistr dərəcəsi ilə bitirdi.[5][8]
↑Shotwell, Gwynne. Discussion with Gwynne Shotwell, President and COO, SpaceX. Atlantic Council. June 4, 2014. Event occurs at 22:35–26:20. January 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 9, 2014. This [reusable launch vehicle technology], all this innovation is being done by SpaceX alone, no one is paying us to do it. The government is very interested in the data we are collecting on this test series. … This is the kind of thing that entrepreneurial investment and new entrants/innovators can do for an industry: fund their own improvements, both in the quality of their programs and the quality of their hardware, and the speed and cadence of their operations.