Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Rövşən Məmmədov.
Rövşən Raqif oğlu Məmmədov (15 iyun 1979, Ağstafa) — jurnalist, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[1]
Rövşən Məmmədov 1979-cu ildə Ağstafada anadan olub.[2] 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.[1]
Rövşən Məmmədov AzTV-dən əvvəl, "Lider TV" və İctimai TV-də çalışıb. O, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müəllim olaraq da fəaliyyət göstərib, Bir neçə dərsliyin müəllifidir.[3]
Uzun illər Lider Televiziyasında çalışan R. Məmmədov fəaliyyətinə idman müxbiri kimi başlayıb. Daha sonra reportyor və idman şərhçisi kimi çalışıb. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olub.[1]
Rövşən Məmmədov 2015-ci ildə Lider TV ilə yollarını ayırıb və fəaliyyətini siyasi sferada davam etdirib. O, AzTV-də "Günün nəbzi", "Əsas Məsələ" və "Həftə" verilişlərini aparıb. Daha sonra isə Azərbaycan TV və Radio Verilişləri QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası"nın direktoru vəzifəsinə təyin olunub. 15 yanvar 2019-cu ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra etməyə başlamışdır.[1]
- 1985–1996-cı illər — 24 saylı orta məktəb, Sumqayıt ş.,
- 1996–2000-ci illər — Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi. (bakalavr)
- 2000–2002-ci illər — Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi (Beynəlxalq jurnalistika kafedrası) (magistratura)
- 2003–2006-cı illər — Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi (Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası) (aspirantura)
- 2009–2016-cı illər — Bakı Slavyan Universiteti, (Filologiya və jurnalistika kafedrası) (doktorantura)
- Filologiya elmləri doktoru (ED№ 01812), 2017-ci il
- Azərbaycan diasporu və milli mətbuat, Bakı, Qartal, 2004
- Avropada Azərbaycan diasporu, Bakı, Mütərcim, 2013
- Lider jurnalist, Bakı, Elm, 2013
- Almaniyada Azərbaycan diaspor mətbuatı ("Ana dili", "Azərbaycanın səsi", "Savalan", "Qaynarca" və "Ocaq"), "Dil və Ədəbiyyat" Beynəlxalq Elmi-Nəzəri Jurnalı, ISSN 2218-7588, № 2 (78), 2011, s.343–346
- Avropada mühacirət mətbu orqanları: onların proqramı, mövzusu, məqsəd və vəzifələri, "Humanitar Elmlərin Öyrənilməsinin aktual problemləri", ISSN 2221-8432, № 2, 2012, s. 310–314
- Avropada Azərbaycan diasporunun yaranma tarixi, "Dil və Ədəbiyyat" Beynəlxalq Elmi-Nəzəri Jurnalı, ISSN 2218-7588, № 5 (76), 2010, s.330–332
- Avropada Azərbaycan diasporunun yaranmasını zəruri edən ictimai-siyasi mühit və tarixi hadisələr, diasporun formalaşma mərhələləri, "Dil və Ədəbiyyat" Beynəlxalq Elmi-Nəzəri Jurnalı, ISSN 2218-7588, № 1 (77), 2011, s.286–289
- Azərbaycan diasporunun Almaniyada ideoloji fəaliyyəti: problemlər və perspektivlər, "Journal of Qafqaz University", ISSN 1302-6763, № 31, 2011, s. 124–132
- Azərbaycan-Türkiyə dostluğunun diasporumuzun formalaşması baxımından əhəmiyyəti, Gəncə Dövlət Universitetinin "Elmi Xəbərləri", № 1, 2011, s. 66–70
- Belçika və İspaniyada dərc olunan diaspor mətbu orqanlarımız, onların fəaliyyət strategiyası və milli dəyərlərin formalaşmasında rolu, "Filologiya məsələləri", ISSN 2224-9257, № 7, 2012, s.381–385
- Diaspor mətbu orqanlarının milli ideologiyanın formalaşması və inkişafında rolu, ("Vətən çağırır", "АЗЕРРОС Азербайджанцы России", "Голос Азербайджана", Азербайджан", "Азербайджанский конгресс") "Dil və Ədəbiyyat" Beynəlxalq Elmi-Nəzəri Jurnalı, ISSN 2219-5513, № 3 (83), 2012, s.305–307
- Diasporla əlaqələr, dövlət-diaspor münasibətləri, Naxçıvan Milli Elmlər Akademiyasının "Elmi Xəbərləri", ISSN 2218-4783, cild 8, № 1, 2012, s.68–73
- İdeologiya məsələləri, milli ideologiyanın formalaşmasında diaspor mətbuatının rolu, "Filologiya məsələləri", ISSN 0704-6006, № 3, 2011, s.248–253
- Qlobal informasiyalı cəmiyyətdə Azərbaycan diaspor mətbuatı, "Qarapapaqlar", ISSN 1987-6769, № 3(67), mart 2013, s. 14–19 (Gürcüstan)
- Milli ideologiyanın başlıca komponentləri, azərbaycançılıq ideologiyasının yaranma tarixi, Azərbaycan Dillər Universitetinin "Elmi Xəbərləri", № 1, 2013, s. 180–184
- Müasir dövr Azərbaycan Respublikasının diaspor quruculuğu istiqamətində fəaliyyəti və rəhbər tutduğu əsas prinsiplər, "Filologiya məsələləri", ISSN 0704-6006, № 2, 2011, s.324–330
- Müasir dövr diaspor mətbu orqanlarını narahat edən problemlər və həmin problemlərin həlli yolları, "Journal of Qafqaz University", ISSN 1302-6763, № 34, 2012, s.58–64
- Müasir dövr Böyük Britaniyada Azərbaycan diasporu, "Filologiya məsələləri", ISSN 0704-6006, № 7, 2011, s.342–348
- Müasir dövr Avropa ölkələrində dərc olunan diaspor mətbu orqanlarımızda dil problemi, "Filologiya məsələləri", ISSN 2224-9257, № 3, 2012, s.205–211
- Müasir dövr Fransada Azərbaycan diasporu, Sumqayıt Dövlət Unversitetinin "Elmi Xəbərlər" bölməsi, ISSN 1680-1245, cild 8, № 1, 2012, s.63–66
- Müasir dövr Avropada diaspor mətbu orqanları ("Xəbər euro news", "Dədə Qorqud", "Dünya azərbaycanlıları" dərgiləri), Sumqayıt Dövlət Unversitetinin "Elmi Xəbərlər" bölməsi, ISSN 1680-1245, cild 8, № 4, 2012, s.33–37
- Müstəqillik illərində Türkiyə, Böyük Britaniya və Fransada Azərbaycan diasporunun mətbu orqanları(1991–2010), "Journal of Qafqaz University", ISSN 1302-6763, № 33, 2012, s.107–114
- Müstəqillik illərində Almaniyada dərc olunan diaspor mətbu orqanlarımız, onların fəaliyyət strategiyası və yayım coğrafiyası, "Humanitar Elmlərin Öyrənilməsinin aktual problemləri", ISSN 2221-8432, № 2, 2011, s. 86–93
- Changes and continuty in the concept of Diaspora: Theoretical debates and perspectives in the post – Soviet academia and media. American Journal of International Law, Current impact factor 1.05. IMPACT FACTOR RANKINGS. Pg. 117 (ABŞ)
- Problem of Nagorny Karabakh and Azerbaijan Diaspora, "Перспективы науки", ISSN 2077-6810, № 3(42), ТАМБОВ 2013, стр. 66–69 (Rusiya)
- Роль и значение съезда азербайджанцев мира в диаспоральном строительстве, Научный и общественно – политический журнал "Этносициум" и межнациональная культура, ISSN 2072-3091, № 4(58), МОСКВА 2013, стр. 176–180 (Rusiya)
- География распространения печатных органов Азербайджанской диаспоры, отличающихся активной деятельностью в Европе, "ФIЛОЛОГIЧHI HAУKИ", ISSN 2075-1486, № 13, Полтава 2013, стр. 40–45 (Ukrayna)
- "Heydər Əliyev və Azərbaycan diasporu", Azərbaycanşünaslığın aktual problemləri, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş II Beynəlxalq elmi konfrans, II hissə, Bakı – Gəncə, 4–7 may 2011, s. 139–146
- "Azərbaycan diasporunun formalaşmasında mühacirət və diaspor mətbu orqanlarımızın əhəmiyyəti", Azərbaycanşünaslığın aktual problemləri, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş III Beynəlxalq elmi konfrans, Bakı, 2–5 may 2012, s. 460–463
- "Diasporlararası beynəlxalq əlaqələrin qurulmasında KİV-in rolu və əhəmiyyəti", II Bakı Beynəlxalq Humanitar Forumu,4–5 oktyabr 2012
- "Роль печатных органов диаспоры в пропаганде истории и национально – духовных ценности Азербайджана", II International Scientific Conference "Language and Culture", Kutaisi – 2013, стр. 273–277 (Gürcüstan)
- 2000–2015 Lider TV və Radio Azərbaycan MMC
- İdman və vətənpərvərlik redaksiyasının rəhbəri,
- "Lider" Tədris Mərkəzinin rəhbəri
- İdman xəbərlərinin aparıcısı
- "Seçim" tok şousunun aparıcısı
2015-h.h. Azərbaycan Televiziya və Radio Verilişləri QSC
Pedaqogika üzrə
- Radio və Televiziya jurnalistikasının əsasları;
- İnformasiya təhlükəsizliyi
- Diaspor jurnalistikası (seçmə fənn);
- Jurnalist etikası;
- Jurnalistin nitq mədəniyyəti;
- Radio və Televiziya aparıcılığının xüsusiyyətləri (seçmə fənn);
- İdman jurnalistikası (seçmə fənn);
Evlidir. İki oğlu var.