Rüstəm Cabbarov

Rüstəm Cabbarov (özb. Rustam Jabborov; 1979, Urqut rayonu[d], Səmərqənd vilayəti) — özbək yazıçısı, publisisti və tərcüməçisi.

Rüstəm Cabbarov
Doğum tarixi 1979
Doğum yeri
Təhsili
  • Özbəkistan Milli Universiteti[d]
Fəaliyyəti yazıçı, publisist, tərcüməçi, ssenarist, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 1998-ci ildən
Janrlar povest[d], esse, publisistika, ssenari

Rüstəm Cabbarov 1979-cu ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətinin Urqut rayonunda anadan olmuşdur. 2003-cü ildə Özbəkistan Milli Universitetinin jurnalistika fakultəsində ali təhsilini başa vuraraq beynəlxalq jurnalistika ixtisasına yiyələnmişdir.

1998–2000-ci illərdə Özbəkistanın "Respublika" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 2000–2003-cü illərdə "Kənd həyatı" qəzetinin böyük redaktoru, 2003-cü ildən 2010-cu ilə qədər Özbəkistan Milli Xəbər Agentliyinin baş redaktorunun müavini vəzifəsini icra ermişdir. 2010–2016-cı illərdə isə "Darakcı" qəzetinin baş redaktorunun müavini, sonra isə baş redaktoru olmuşdur. Davamlı olaraq Özbəkistanın dərgi, qəzet və elektron mətbuatında ictimai-siyasi, iqtisadi, ədəbi-kulturoloji, tarixi-publisist mövzulara həsr olunmuş yazıları ilə çıxış edir.

Hazırda "Zamon Press" Nəşriyyat Evinin direktoru vəzifəsində calışır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Rüstəm Cabbarov 20-dən cox bədii, publisistik və tərcümə kitabının müəllifidir. Şeirləri, hekayələri və publisistik məqalələri Azərbaycan, Özbəkistan, Hindistan və digər ölkələrdə cap olunmuşdur. O, dünyanın tanınmış klassiklərindən Gi de Mopassan, Edqar Po, Qabriel Qarsia Markesin əsərləri ilə yanaşı, Azərbaycan ədəbiyyatından Anar, Sabir Rüstəmxanlı, Vaqif Sultanlı, İlqar Fəhmi və başqa yazıcıların hekayə, povest və romanlarını özbək dilinə çevirərək cap etdirmişdir. Bununla yanaşı, o xeyli bədii, sənədli və animasiya filmlərinin scenari müəllifidir. Rüstəm Cabbarovun müəllifliyi ilə çəkilmiş "Vicdan" (2007), "Yoxsul adam" (2011), "Asragil" (2017) və "Namus" (2017) bədii filmləri Özbəkistan tamaşaçıları tərəfindən maraqla qarşılanmış, böyük şöhrət qazanmışdır. O, çağdaş özbək ədəbiyyatında daha çox detektiv əsərlər müəllifi kimi tanınır.

Rüstəm Cabbarovun detektiv mövzuda yazdığı "Kitabın arasındakı məktub" və "Xəyanətin kəsişməsi" povestləri Ədalət Məmmədovun tərcüməsində Azərbaycan dilində nəşr olunmuşdur.

Azərbaycanda yayınlanan kitabları

[redaktə | mənbəni redaktə et]
  • Xəyanətin kəsişməsi (Povestlər). Özbək türkcəsindən tərcümə edəni Ədalət Məmmədov, Bakı: 2022, 144 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]