Rüstəm Paşa məscidi

Rüstəm Paşa külliyəsi — İstanbulda XVI əsrə aid külliyə.[1] Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşa tərəfindən inşa etdirilən külliyə məscid və onun altında yerləşən 2 karvansara, çeşmə və dükanlardan ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazidə keçmişdə Hacı Xəlil ağa məscidi yerləşmiş, yeni külliyə bu məscid və ətrafındakı bəzi binaların satın alınaraq yerində inşa olunmuşdur. 1555–1561 tarixlərində inşa olunan külliyənın yerləşdiyi bu səmt ticarət baxımından o illərdə olduqca qaynar nöqtə olmuşdur.[2]

Rüstəm Paşa külliyəsi
Xəritə
41°01′03″ şm. e. 28°58′07″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər İstanbul
Yerləşir İstanbul, Fateh rayonu, Həsirçilər bazarı
Memar Memar Sinan
Tikilmə tarixi 1555 - 1561
Üslubu Osmanlı memarlığı
Material qranit
Vəziyyəti Fəaliyyət göstərir
Külliyənin Alman sənətşünası Cornelius Gurlitt tərəfindən 1912-ci ildə çap olunan planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rüstəm Paşa məscidi

[redaktə | mənbəni redaktə et]

Məscid düzbucaq planlı və tək gümbəzlidir. Yerləşdiyi səmt və 2 mərtəbəli strukturu ilə xüsusi önəm daşıyan bu külliyə eyni zamanda çinili bəzəmələri ilə də məşhurdur. Məscidin şimal cəbhəsində yerləşən nisbətən yüksək həyətə ikisi məscidin yanlarından, digər ikisi isə şərqqərb künclərindən olmaqla 4 qapı açılır. Həyətin böyük bir qismi taxta tavanla örtülüdür. Tək şərəfəli minarəsi isə məscidin şimal qərb küncündə yerləşir.[3]

Rüstəm Paşa məscidi 1660 tarixli yanğında və 1766 tarixli zəlzələdə önəmli ölçüdə dağıntıya məruz qaldı. Zəlzələ əsnasında çökən gümbəziminarəsi sonradan bərpa olundu. Bundan başqa məscid 1960–1961, 1964–1969 və 1992–1995 tarixlərində təmir olunmuşdur. [4][5]

Məscidin şimal cəbhəsindəki həyətin altında 2 anbar və 8 dükan yerləşir. Məscid həyəti 15 daş sütun üzərində dayanır. Bu meydançanın altında və iki sıra ilə düzülən dükanların ortasında olduqca sadə görünüşlü çeşmə yerləşir. Bundan başqa məscidin İstanbul boğazına baxan cəbhəsindəki iki karvansara və onların ətrafında yerləşən çoxlu sayda dükan da bu külliyəyə daxildir. [6]

  1. "Rüstem Pasha Mosque". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-16.
  2. http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=350292
  3. Carswell, 2006. səh. 74–76
  4. Denny, 2004. səh. 79-94
  5. Freely, Blue Guide Istanbul
  6. Denny, 2004