Bu torpaqlar - Şərqi Asiyanın subtropik hissəsində (Çin, Yaponiya) və ABŞ-nin cənub-şərqində (Florida və ətraf ştatlarda), Cənubi Qafqazda Gürcüstan respublikasının Qara dəniz sahillərində və Azərbaycan respublikasının Lənkəran vilayətində yayılmışdır. Torpaqlar böyük təsərrüfatı əhəmiyyətinə malikdirlər. Bunlarda rütubətli subtropik bitkilər (çay, sitrus) əkilir[1].
Rütubətli subtropik iqlim şəraiti çoxlu yağıntıları ilə xarakterizə olunur. Qışı yumşaq, mülayim, yayı isti olur. Orta illik temperatur +14 °C, orta yanvar temperaturu +7 °C yaxın, orta iyul temperaturu +22 °C-yə yaxındır.
Bu torpaqlar üzərində palıd, vələs, fıstıq və şabalıd ağaclar yayılmışdır. Meşələrin biokütləsi 4000s\ha çoxdur. Meşə töküntüsü 210 s\ha yaxındır.
Püskürmə mənşəli dağ süxurlarının aşınma məhsullarıdır: andezit, bazalt, tuf, qumlu-çınqıllı şistlər, aşağı allüvial ərazilərdə allüvial və dellüvial-prolüvial gilli-qumlu və çınqıllı süxurlardır.
Qırmızı torpaqlar iki yarımtipə ayrılır: