Rəşad Mukim oğlu Abdullin (tatar. Ришат Мөкыймь улы Абдуллинç rus. Риша́т Мукимович Абду́ллин;[2] 1 (14) mart 1916[1], Öskemen, Bozqır general-qubernatorluğu – 12 noyabr 1988, Almatı) — Qazaxıstan və SSRİ opera müğənnisi (bariton). SSRİ xalq artisti (1967).[3]
Rəşad Abdullin | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1 (14) mart 1916[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 noyabr 1988 (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Səs tembri | bariton |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() |
1 mart 1916-cı ildə indiki Qazaxıstanın Öskemen şəhərində, tatar ailəsində anadan olmuşdur. 12 yaşından əkiz qardaşı Müslümlə birlikdə Belousovski mədənində arabaçı işləyərək atasına kömək etmişdir.[4]
1933–1935-ci illərdə Alma-Ata Musiqi və Dram Texnikumunda, 1936–1939-cu illərdə A. İ. Vişnevski adına Moskva Konservatoriyası nəzdində Qazax studiyasında təhsil almışdır.[5]
1939–1985-ci illərdə Qazaxıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1955-ci ildə Sov.İKP sıralarına daxil olmuşdur. 12 sentyabr 1988-ci ildə Alma-Atada vəfat etmişdir. Kensay qəbiristanlığında dəfn edilmişdir.[4]