Kensay qəbiristanlığı

Kensay qəbiristanlığı (qaz. Кеңсай) — Qazaxıstanın ən məşhur və ən gözəl nekropollarından biridir. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı sayılır. Burada bir çox siyasi xadimlər, mədəniyyət və incəsənət adamları və məşhurlar dəfn edilmişdir.

Qəbiristanlıq
Kensay qəbiristanlığı
Кеңсай
Batırxan Şekenovun məzarı
Batırxan Şekenovun məzarı
Xəritə
Ölkə Qazaxıstan Qazaxıstan
Şəhər Almatı
Əsası qoyulub XIX əsrin sonu
Sayt kensai.kz
43°15′53″ şm. e. 77°00′19″ ş. u.HGYO
Kensay qəbiristanlığı xəritədə
Kensay qəbiristanlığı
Kensay qəbiristanlığı

Qazaxıstanın ən məşhur məzarlığı Kensay qəbiristanlığıdır. Qəbiristanlıq XIX əsrin sonlarından başlayaraq, Almatı şəhəri böyüdükcə salınmağa başlanmışdır. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı statusuna malikdir. Kensayda ölkənin məşhur siyasi xadimləri, alimləri, mədəniyyət və incəsənət adamları və hərbiçiləri dəfn edilmişdir.

Məzarlıq böyük təpənin arasında yerləşdiyindən adını burdan götürmüşdür. Belə ki, Qazax dilində "Kensay" sözü "böyük dərə" deməkdir. Qəbiristanlıq Almatının şərq hissəsində (şəhərin mərkəzindən 9 km aralı) Bazarbayev-Ormanov keçidindən bir az uzaqda, bütün şəhərin bir baxışdan göründüyü dağın zirvəsindədir. İnsanlar Kensay haqqında belə deyirlər ki: "Tələsməkdən və təlaşdan uzaq olaraq Allaha yaxın olun."

Kensay qəbiristanlığı müsəlman məzarlığıdır.[1] Burada Qazaxıstada hesab edilən mədəniyyət nümayəndələri,[2][3] din xadimləri, siyasətçilər və başqaları da daxil olmaqla Almatı və ölkənin bir çox insanı dəfn edilmişdir.[4] Bu səbəbdən qəbiristanlıq dəbdəbəsi ilə seçilir. Belə ki, Kensayda olan büstlər, məzar daşları ziyarətçilər üçün bədii plana böyük maraq göstərən abidələr və məzarlar vardır.

Kensay qəbiristanlığı böyük olduğundan iki hissəyə bölünür. Bunlar Kensay-1 və Kensay-2-dir. Kensay-1-də artıq boş yer olmadığından burda nadir hallarda dəfnlər həyata keçirilir. Hazırda dəfnlər əsasən qəbiristanlığın ikinci hissəsində aparılır. Qəbiristanlığın birinci hissəsində SSRİ övründə dəfn edilənlər üstünlük təşkil edir. Bu səbəbdən burdakı məzar daşları sadə qara və yaxud qırmızı mərmərdən və ağ daşdan düzəldilib. Birinci qəbiristanlıq ilə müqayisədə Kensay-2-dəki məzarlar daha dəbdəbəlidir. Kensay-2-nin tam mərkəzində, yüksək təpədə, 2004-cü ildə öldürülmüş maliyyəçi Yerlan Tatişevin qəbrininin üzərində böyük bir məzar daşı var. Qəbir daşı kosmik kürə şəklində hazırlanmış bir tağdır. Bunun girişinin yanında bankir portreti olan nəhəng ağ abidə qoyulmuşdur.

Kensay qəbiristanlığının müsəlmanlar üçün olmasına baxmayaraq, orada bir alman da basdırılıb. Bu tərcüməçi və publisist Harold Berqerdir. Müsahibələrindən birində Belger qazax dilinin onu sözün əsl mənasında sehrlədiyini etiraf etmişdir. Belger rus dilini mükəmməl bilirdi, alman dilində sərbəst danışırdı, ancaq qazax dilində bilik səviyyəsi onlardan az deyildi. Belqer öz vəsiyyətində müsəlman adətlərinə görə dəfn olunmasını istəmişdi.[5]

Kensay qəbiristanlığında dəfn olunanların siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Mədi oğlu Məmbətov (1931–2009) — Qazaxıstan kino və teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti (1976), SSRİ Dövlət Mükafatı laureatı (1974), Qazaxıstanın Xalq Qəhrəmanı (2000).[6][7]
  • Dinməhəmməd Kunayev (1912–1993) — Qazaxıstan SSR Kommunist Partiyasının I katibi.[8]
  • Talqat Bigəldinov (1922–2014) — SSRİ qırıcı təyyarə pilotu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, 24 iyun 1945-ci ildə Qırmızı meydanda Qələbə Paradının iştirakçısı, Qazaxıstan Aviasiya general-mayoru.[9][10]
  • Serkebayev Ermek (1926–2003) — müğənni, SSRİ Xalq artisti (1959), Sosialist Əməyi Qəhrəmanı (1986).[11][12]
  • Roza Baqlanova (1922–2011) — müğənni, SSRİ Xalq artisti (1967), Qazaxıstanın Xalq Qəhrəmanı (1996).[13]
  • Xadişa Bukeyeva (1917–2011) — Qazaxıstan SSR teatr və kino aktrisası, bədii söz ustası. SSRİ xalq artisti (1964).[14]
  • Roza Camanova (1928–2013) — Qazaxıstan opera müğənnisi (soprano), SSRİ Xalq Artisti (1959).[15]
  • Sabir Niyazbekov (1912–1989) — SSRİ dövlət xadimi və partiya lideri, Qazaxıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri, SSRİ Ali Sovetinin Rəyasət Heyəti sədrinin müavini (1965–78).
  • Zamanbek Nurkadilov (1944–2005) — Almatı Bələdiyyə Başçısı (şəhər İcraiyyə Komitəsinin sədri) (1985–1994).[16]
  • Sarybai Kalmurzaev (1949–2012) — Qazaxıstan dövlət xadimi, siyasətçi, Qazaxıstan Prezidentinin keçmiş Aparat rəhbəri.
  • Erik Asanbayev (1936–2004) — Qazaxıstan dövlət xadimi, siyasətçi, Qazaxıstan Respublikasının vitse-prezidenti (1991–1993).
  • Karşıqa Əhmədyarov (1946–2010) — qazax bəstəkarı və dirijoru, virtuoz dombraçı, Qazaxıstan Respublikasının Xalq artisti, Qazaxıstan Respublikası Dövlət Mükafatı laureatı, professor, Parasat ordeninin sahibi.[17]
  • Naqaşbay Şaikenov (1947–2000) — Qazaxıstan dövlət xadimi, Qazaxıstan Respublikasının ədliyyə naziri (1993–1995).
  • Batırxan Şükenov (1962–2015) — Qazaxıstan və Rusiya pop müğənnisi, musiqiçi, saksafonçu, bəstəkar, şair. Qazaxıstanın əməkdar incəsənət xadimi (2010), A'Studio qrupunun solisti (1987–2000).
  • Baqlan Sadvakasov (1968–2006) — Qazaxıstan və Rus pop musiqiçisi, A'Studio qrupunun gitaraçısı (1989–2006).
  • Əhmədya İsmaqulov (1914–1994) — dövlət xadimi, Qazaxıstan SSR dövlət nəzarəti nazirinin müavini (1949–1953), SSRİ Nazirlər Soveti yanında Dövlət Maddi Ehtiyatlar Baş İdarəsinin Qazaxıstan ərazi idarəsinin rəhbəri (1953–1955).
  • Uzakbay Karamanov (1937–2017) — SSRİ və Qazaxıstan dövlət xadimi, Qazaxıstan SSR Nazirlər Sovetinin son sədri və Qazaxıstan SSR-nin ilk Baş naziri.
  • Asanbay Askarov — SSRİ və Qazaxıstan dövlət və partiya lideri.
  • Sadaqat Nurmaqambetov (1924–2013) — Müstəqil Qazaxıstan Respublikasının ilk Müdafiə Naziri (1992–1995), Sovet İttifaqı Qəhrəmanı (1945), Qazaxıstanın Xalq Qəhrəmanı (1994). Qazaxıstan Respublikası Ordusunun generalı (1993).
  1. "Кенсайское кладбище". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  2. "Баглана Садвакасова похоронили в Алма-Ате". 2015-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  3. "Могила Розы Баглановой". 2013-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  4. "На похороны Турганбека Стамбекова собрались более 5 тысяч человек". 2013-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  5. "Мемориал над могилой Батырхана Шукенова на кладбище КенсайЗвездный некрополь: какие тайны хранит кладбище Кенсай в Алматы - фото". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  6. "Ушел из жизни режиссёр Азербайжан Мамбетов". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  7. "Скончался режиссер Азербайджан Мамбетов" (rus). Радио Азаттык. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-10.
  8. "Светлая память". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  9. "Прощай, последний Герой!". 2021-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  10. "12 ноября в Алматы простились с прославленным летчиком Талгатом БЕГЕЛЬДИНОВЫМ". 2018-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  11. "Страна простилась с выдающимся певцом Ермеком Серкебаевым". 2018-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  12. "В Алматы простились с выдающимся оперным певцом, народным артистом Ермеком Серкебаевым". 2021-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  13. "В Алматы похоронили Розу Багланову". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-25.
  14. "В Алматы простились с прославленной актрисой Хадишой Букеевой". 2021-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  15. "В Алматы простились с выдающейся оперной певицей Розой Жамановой". 2018-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  16. "СВОБОДНАЯ АЗИЯ - Во вторник, 15 ноября, З. Нуркадилов будет похоронен на Кенсайском кладбище". 2014-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-28.
  17. "Казахстанская правда — Смолкли струны его домбры… Ушел из жизни выдающийся музыкант, композитор и педагог Каршыга Ахмедьяров". Archived from the original on 2013-10-31. İstifadə tarixi: 2021-07-08.