Rəşad Cavadov

Rəşad Fərzəli oğlu Cavadov (1 sentyabr 2001; Hil, Qusar rayonu, Azərbaycan – 21 yanvar 2021; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi iştirakçısı.

Rəşad Cavadov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Hil, Qusar rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Hil, Qusar rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Fərzəli Cavadov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2019—2021
Rütbə Əsgər
Vəzifəsi atıcı, kəşfiyyatçı
Döyüşlər Vətən müharibəsi
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2023 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəşad Cavadov 1 sentyabr 2001-ci ildə Qusar rayonunun Hil kəndində Fərzəli Cavadovun ailəsində anadan olmuşdur.[1] 2007–2018-ci illərdə orta təhsil almışdır. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Rəşad Cavadov 2019-cu ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Rəşad Cavadov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı və kəşfiyyatçı olaraq iştirak etmişdir. XocavəndinFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və fərqlənmişdir.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Cavadov "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Cavadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Vətən müharibəsi bitdikdən sonra Rəşad Cavadov Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətinə davam etmişdir.

Rəşad Cavadov 21 yanvar 2021-ci ildə Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olmuşdur.[4] Doğulduğu Qusar rayonunun Hil kəndində dəfn edilmişdir.[5]

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Rəşad Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[6]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şəhid Rəşad Cavadov haqqında məlumat kartı". www.seferberlik.gov.az (az.). 21.01.2021. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2022.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. "Hərbi qulluqçu Cavadov Rəşad Şəhid olub". www.vetenugrunda.az (az.). 21.01.2021. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2022.
  5. "Qusar hüzn içindədir: İyirmi yaşlı şəhid balasını torpağa verdi". www.sputnik.az (az.). 22.01.2021. İstifadə tarixi: 14.05.2022.
  6. 1 2 Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 25.06.2023. Archived from the original on 2023-06-25. İstifadə tarixi: 26.06.2023.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.