Mehdiyev Rəşad Telman oğlu (29 dekabr 1975, Bakı – 2017, Kiyev) — azərbaycanlı rejissor.
Rəşad Mehdiyev | |
---|---|
Rəşad Telman oğlu Mehdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Kiyev, Ukrayna |
Vəfat səbəbi | işemiya |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Telman Mehdixanlı |
Milliyyəti | azərbaycanlı |
Təhsili | AMİU |
Fəaliyyəti | rejissor |
Rəşad Mehdiyev 1975-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirtdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Burda o, tanınmış televiziya rejissoru Tariyel Vəliyevin kursunda təhsil alıb. Tələbəlik illərindən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb.
Həqiqi hərbi xidmətdən sonra fəaliyyətini Space TV-də davam etdirib.
Televiziya rejissoru kimi fəaliyyət göstərdiyi illərdə "Dünyanı gözəllik xilas edəcək", "Mugam müsabiqəsi", "Sərhəddə", "Qara qızılla ağ günə…", "Mir Möhsün Ağa" kimi bir çox televiziya verilişlərinin və sənədli filmlərin rejissoru olub.
Rəşad Mehdiyev özünü kino janrında da rejissor kimi sınayıb. O, ssenari müəllifi Qasım Səfəroğu olan tammetrajlı "Bomba" kinokomediyasının quruluşçu rejissorudur.
Rəşad Mehdiyevin yaradıcılığı televiziya və kino ilə məhdudlaşmır. O, İlqar Muradov, Zöhrə Abdullayeva, Teyyub Aslanov, Zaur Əmiraslanov, Nazim Pişyari, Namiq Qaraçuxurlu və digər populyar müğənnilərin mahnılarına çəkilən kliplərə rejissorluq edib.
Rəşad Mehdiyev 2017-ci il avqustun 17-də işemiya xəstəliyindən dünyasını dəyişib.