Rəşid İsmayılov (tam adı: Rəşid İslam oğlu İsmayılov; 27 avqust 1949, Ağtəhlə, Qardabani rayonu – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Rəşid İsmayılov | |
---|---|
İsmayılov Rəşid İslam oğlu | |
Doğum tarixi | 27 avqust 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (40 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi |
1949-cu ilin 27 avqust tarixində Gürcüstan SSR-nin Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. Rostov dəmiryol institutunu bitirmişdir. Azərbaycan dəmiryol idarəsində dispetçer vəzifəsində işləmişdir.
Hadisə gecəsi gecə işdən evə, qayıdarkən Biləcəri qəsəbəsində qarın nahiyəsindən yaralanmış, Biləcəridəki 2 nömrəli dəmiryol xəstəxanasına aparılmışdır. Cərrahiyyə əməliyyatından sonra 3 gün yaşamış və yanvarın 23-də səhər saat 5-də keçinmişdir. 2 uşaq atası idi. Rəşid İsmayılov Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ünvanı: Biləcəri qəsəbəsi, Tbilisi şosesi, 5075-ci kvartal, ev 2a, mənzil 8.