Qardabani bələdiyyəsi

Qardabani bələdiyyəsi[4][5][6], Qarayazı bələdiyyəsi[7][8]Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Qardabani şəhəridir.

Rayon
Qardabani bələdiyyəsi
gürc. გარდაბნის მუნიციპალიტეტი (qardabnis munitsipaliteti)
Bayraq
Bayraq

41°27′39″ şm. e. 45°05′22″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Qardabani
İcra başçısı Zviad Epitaşvili[1]
Tarixi və coğrafiyası
Sahəsi 1 304.1[2] km²
Əhalisi
Əhalisi 99 700[3] nəfər
Rəsmi sayt
Qardabani bələdiyyəsi gürc. გარდაბნის მუნიციპალიტეტი (qardabnis munitsipaliteti) xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1 yanvar 1926-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Tiflis qəzasının Qarayazı dairəsi (gürcücə: ყარაიაზის თემი—>qaraiazis temi) 356 km² ərazini, bu ərazidə yerləşən 4 kənd sovetliyində daxil olan 17 kəndi və bu kəndlərdə yaşayan 2.176 ailədə 8.895 nəfər əhalini əhatə edirdi. 17 dekabr 1926-cı il Ümumsovet siyahıyaalınmasına əsasən Qarayazı dairəsində qeydə alınmış 8.358 nəfər əhalinin 6.570 nəfərini və ya 78,61 %-ni etnik türklər təşkil etmişdir.[9] 22 dekabr 1932-ci ildə Qaratəpə kəndinin adı dəyişdirilərək Qarayazı kəndi adlandırıldı.[10] 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani rayonu 1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində təşkil edilmişdir, 1947-ci ilədək Qarayazı rayonu adlanmışdır. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Qarayazı rayonu 528 km² ərazini, bu ərazidə yerləşən 3 kənd sovetliyində daxil olan 24 kəndi və bu kəndlərdə yaşayan 12.146 nəfər əhalini əhatə edirdi. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı.

Fiziki-coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Qardabani cənub-şərqdən Azərbaycan Respublikası, şimal-şərqdən Saqareco rayonu, şimaldan Msxeta rayonu, qərbdən isə MarneuliTetriskaro rayonları ilə həmsərhəddir. Rayon mərkəzi olan Qardabani şəhəri Rustavidən 25 km., paytaxt Tiflisdən 42 km. məsafədə yerləşir.

Rayon ərazisinin əksər hissəsi dəniz səviyyəsindən hündürlüyü təqribən 300 metr təşkil edən Qarayazı düzündə yerləşir. Ən hündür nöqtəsi 1499 metr olan Sanişno dağıdır.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Sahəsi 1304,1 km2[11] olan Qardabani rayonunun ərazisi 1 səhər (Qardabani şəhəri — 11786 nəfər), 2 qəsəbə (Lilo-2132 nəfər, Kocor-1358 nəfər) və 47 kənddən ibarətdir. Kəndlərin 33-də gürcülər, 14-də isə azərbaycanlılar üstünlük təşkil edir. Kəndlərin 6-nın əhalisinin sayı 5000 nəfərdən çoxdur: Martkofi (7666 nəfər), Sərtiçala (7041 nəfər), Nəzərli (5808 nəfər), Soğanlıq (5698 nəfər), Kosalı (5612 nəfər) və Qamarcveba (5282 nəfər).

Yaşayış məntəqələri üzrə

[redaktə | mənbəni redaktə et]
Şəhər/kənd Əhali
2002-ci ildə,
sayı.
gürcü
%
azər-
baycanlı
%
yunan
%
Qardabani (gürc. გარდაბანი) 11858 90
Didi Lilo (gürc. დიდი ლილო) 2420
Kocori (gürc. აღთაქლა) 1867
Ağtəklə (gürc. აღთაქლა) 4229 93
Anbartəpə (gürc. ამბართაფა) (keç. Traubenfeld) 131 13 81
Axali-Samqori (gürc. ახალი სამგორი) 2223 98
Axalsopeli (gürc. ახალსოფელი,
41°45′43″ şm. e. 45°04′30″ ş. u.HGYO)
1827 98
Axaltskaro (gürc. ახალწყარო) 487 97
Axalşeni (gürc. ახალშენი) 1184 87
Birlik (gürc. ბირლიკი) 1655 98
Vaziani (gürc. ვაზიანი) 2694 79 11
Varketili (gürc. ვარკეთილი) 2932 93
Vaxtanqisi (gürc. ვახტანგისი) (keç. Ulyanovka) 2592 90
Qamarcveba (gürc. გამარჯვება) 5282 97
Candar (gürc. ჯანდარი) 3118 97
Dideba (gürc. დიდება) 175 97
Zemo-Teleti (gürc. ზემო თელეთი) 847 99
Kalinino (gürc. კალინინო) (keç. Tatyanovka) 1156 94
Qaracalar (gürc. კარაჯალარი) 4141 98
Qarataqla (gürc. ყარათაგლა) 2936 98
Aşağı Kəpənəkçi (gürc. ქვემო კაპანახჩი)
Kvemo-Teleti (gürc. ქვემო თელეთი) 798 98
Kveseti (gürc. კვესეთი) 12 100
Kvişiani (gürc. ქვიშიანი) 285 92
Kosalı (gürc. ქესალო) 5612 98
Kiketi (gürc. კიკეთი) 173 92
Krtsanisi (gürc. კრწანისი) 2560 87
Kumisi (gürc. კუმისი) 2182 97
Lemşveniera (gürc. ლემშვენიერა) 1931 98
Leninisi (gürc. ლენინისი)
Martkopi (gürc. მარტყოფი) 7666 99
Mzianeti (gürc. მზიანეთი) 413 96
Muğanlı (gürc. მუღანლო) 3558 99
Muxran-Teleti (gürc. მუხრან-თელეთი) 93 100
Muxrovani (gürc. მუხროვანი) 618 94
Naqebi (gürc. ნაგები) 481 91
Nəzərli (gürc. ნაზარლო) 5808 97
Nasaquri (gürc. ნასაგური) 1409 82
Norio (gürc. ნორიო) 3968 99
Patara-Lilo (gürc. პატარა ლილო) 663 100
Poniçala (gürc. ფონიჭალა) 5698 89
Ruisbolo (gürc. რუისბლო)
Saakadze (gürc. სააკაძე) 286 74 12
Sartiçala (gürc. სართიჭალა) (keç. Fridenfeld) 7041 90
Səmədli (gürc. სამადლო) 17 100
Satsxenisi (gürc. საცხენისი,
41°47′57″ şm. e. 45°03′55″ ş. u.HGYO)
565 99
Tabaxmela (gürc. ტაბახმელა) 2036 97
Təzəkənd (gürc. თაზაქენდი) 1856 98
Tsavkisi (gürc. წავკისი) 1199 99
Tsalaskuri (gürc. წალასყური) 561 98
Tsinubani (gürc. წინუბანი) 1189 98
Tsitelubani (gürc. წითელუბანი) 373 91
Şindisi (gürc. შინდისი) 1543 99

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Qardabani rayonu Gürcüstanın aqrar-sənaye rayonudur. Energetika sənayesi, xüsusilə istilik energetikası kifayət qədər yüksək inkişaf etmişdir. 2006-cı ildə Gürcüstanda toplanmış yulafın 24,4%-i, tərəvəzçilik məhsullarının 14%-i, günəbaxanın 5,6%-i, qarğıdalının 5,3%-i, yumurta istehsalının 17,4%-i, yun istehsalının 8,6%-i, ət istehsalının 4,6%-i, süd istehsalının 4,4%-i, diri ev quşlarının 10,6%-i, davarın 7,9%-i, mal-qaranın isə 3,8%-i Qardabani rayonunun payına düşmüşdür.

Faydalı istinadlar

[redaktə | mənbəni redaktə et]
  1. Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: самоуправление: Муниципальные советы [ölü keçid]
  2. National Statistics Office of Georgia: ტომი I - საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები Arxivləşdirilib 2015-10-23 at the Wayback Machine
  3. National Statistics Office of Georgia: Population by Municipalities for the Beginning of the Year (Thousands) Arxivləşdirilib 2014-07-22 at the Wayback Machine. (official estimates)
  4. Гардабани // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 71.
  5. Azərbaycan Respublikası: Atlas Arxivləşdirilib 2022-03-15 at the Wayback Machine, səh. 14, 16, 26, 28, 34, 40, 44, 46, 48, 52 və 54.
  6. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının Fiziki Arxivləşdirilib 2016-08-12 at the Wayback MachineSiyasi xəritəsi Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine
  7. Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 232.
  8. Zirvə İnformasiya Mərkəzi. "Qarayazı (indi Qardabani) rayonu" (az.). zim.az. 2016-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25.
  9. Ethno-Caucasus, Этнодемография Кавказа: Тифлисский уезд (1926 г.) Arxivləşdirilib 2021-11-05 at the Wayback Machine
  10. Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 43 Arxivləşdirilib 2012-09-02 at the Wayback Machine
  11. "Arxivlənmiş surət". 2018-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-07.