Rəfail Əlizadə (alim)

Rəfail Həsənalı oğlu Əlizadə — Riyaziyyat üzrə professor

Rəfail Əlizadə
Rəfail Həsənalı oğlu Əlizadə
Doğum tarixi
Doğum yeri Cəbrayıl
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Həsənalı Əlizadə
Elm sahəsi Riyaziyyat
Elmi dərəcəsi Riyaziyyat elmlər doktoru
Elmi adı professor
İş yeri ADA Universiteti
Təhsili Lomonosov adına Moskva Dövlət Universiteti
scholar.google.se/citati…

1956-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Ailəlidir, 3 övladı var.

Ingilis, türk və rus dillərini bilir.

1963–1973-cü illərdə Cəbrayıl şəhər Maksim Qorki (indiki Mehdizadә) adına mәktәbdә oxumuşdur. Azərbaycan Respublikası Riyaziyyat olimpiadalarında 1971-ci ildə qızıl, 1972-ci və 1973-cü illərdə gümüş medal almışdır. 1972–1973-cü illərdə Rusiyada nəşr olunan "Kvant Populyar Riyaziyyat və Fizika" jurnalının məsələlər guşəsinin qaliblərindən olmuşdur. 1973–1978-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində təhsil almış, sonradan bu təhsil müəssisəsində aspiranturada da oxumuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1978–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda, 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1994–2022-ci illəri arasında Türkiyənin İzmir şəhərindəki ingilisdilli ali təhsil müəssisələrində dərs vermişdir: 1994–2000-ci illərdə Dokuz Eylül Universitetində, 2001–2010-cu illərdə İzmir Yüksək Texnologiya İnstitutunda və 2010–2022 illərdə özəl Yaşar Universitetində professor vəzifəsində fəaliyyət göstərmişdir. 2023-cü ilin yanvar ayında Azərbaycana dönmüş, hazırda ADA universitetində elmi və pedaqoji fəaliyyətini davam etdirməkdədir. 28 magistr, 10 elmlər doktoru işinə elmi rəhbərlik etmişdir.

Yetişdirdiyi tələbələr arasında İngiltərə, İraq, NigeriyaPakistan vətəndaşları da olmaqla 5 professor və 4 dosent var. Təhsildəki prinsipinin belə ifadə edir: "Quyuya su tökmək deyil, quyunun özünün su verməsini təmin etmək". Hədəfi, fəaliyyət göstərdiyi hər sahədə özündən daha yaxşı mütəxəssis yetişdirməkdir. Üç kitab, çox sayda beynəlxalq səviyyəli jurnallarda nəşr olunmuş elmi məqalənin müəllifidir. Ünal Ufuktepe ilə birlikdə hazırladığı, keçən il beşinci nəşri çap olunan "Sonlu Matematik" dərsliyi Türkiyədə və Azərbaycanda olimpiadalara hazırlaşan şagirdlərin stolüstü kitabıdır.

Çoxsaylı beynəlxalq konfranslarda (bunlardan bəzilərində dəvətli məruzəçi olaraq) iştirak etmişdir. Türkiyə Milli komandasının Beynәlxalq Riyaziyyat Olimpiadasına (International Mathematics Olympiad, IMO) hazırlıq kamplarında dərs verən müəllimlərdən biridir. Bəzi illərdə Azərbaycan milli komandasının IMO-ya hazırlanmasında da iştirak etmişdir. Bir çox beynəlxalq yarışmalarda Türkiyə milli komandasının lideri olmuşdur.

Bilavasitə hazırlaşdırdığı şagirdlər (bunların arasında Türkiyənin IMO’da ilk qızıl medal alan məktəblisi də var) IMO-da 4 qızıl və çox sayda gümüş medal almışdılar. Türkiyədə 30 ildən çox yayınlanan "Matematik Dünyası" populyar riyaziyyat jurnalında 2001-dən bəri "Problemler ve Çözümler" guşəsinin aparıcısıdır. Türkiyədə Ali Nesindən sonra dərgidə ən çox riyaziyyata aid yazısı olan ikinci yazardır. TÜBİTAK’ın lisey müəllimləri üçün təşkil etdiyi riyaziyyat olimpiadası kurslarının həm koordinatoru, həm də müəllimi olmuşdur.

Nəsirəddin Tusinin adı verilən kurslarda dərs dediyi müəllimlər indi Türkiyənin aparıcı liseylərində şagirdləri riyaziyyat olimpiadalarına hazırlaşdır. Türkiyə Riyaziyyat Yarışmasının və Türkiyədə keçirilən bir çox riyaziyyat olimpiadalarının münsiflər heyətinin üzvüdür. Xüsusilə pandemiya zamanında bir çox universitet və liseylərdə populyar riyaziyyat mövzularında online mühazirə oxumuşdur. Amerika Riyaziyyat Cəmiyyətinin (American Mathematical Society) "Mathematical Reviews" jurnalının rəyçisi olmuşdur.

  1. https://www.sciencedirect.com/science/article/pii/S0021869314001860
  2. https://www.researchgate.net/publication/40703827_Modules_whose_maximal_submodules_have_supplements
  3. https://www.researchgate.net/publication/233260928_Cofinitely_Weak_Supplemented_Modules
  4. https://www.researchgate.net/publication/265942740_Extensions_of_weakly_supplemented_modules
  5. https://www.researchgate.net/publication/276296642_Poor_and_pi-poor_Abelian_groups