Əliyeva Rəfiqə Əlirza qızı (20 sentyabr 1932, Naxçıvan – 6 may 2017, Bakı) — kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014)[1], "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi[2].
Rəfiqə Əliyeva 20 sentyabr 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
Rəfiqə Əliyeva 6 may 2017-ci ildə 85 yaşında vəfat etmişdir. Vida mərasimi AMEA-nın dairəvi zalında olmuşdur. Alim I Fəxri Xiyabanda torpağa tapşırılıb.[3]
1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirmiş, 1970-ci ildə "Germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini" mövzusunda namizədlik dissertasiyasını,1999-cu ildə "d-, f-elementləri və germaniumun tərkibinə N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Əliyeva Rəfiqə Bakı Dövlət Universiteti " Analitik kimya" kafedrasının professorudur, 2001-ci ildən təşkil edilmiş "Ekoloji kimya və ətraf mühitin mühafizəsi"elmi-tədqiqat laboratoriyasını rəhbərlik edir. Bakı Dövlət Universitetinin nəzdindəki 02.00.02, 02.00.03,02.00.04 ixtisasları üzrə Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvüdür.
- 1952–1956-tələbə BDU
- 1970-Kimya elmləri namizədi "Analitik kimya"
- 1999-Kimya elmləri doktoru "Analitik kimya"
- 1956-kimya problemləri İnstitutunda elmi işçi
- 1960–1963-aspirant BDU
- Analitik kimya(bakalavrlar üçün)və Kompleksbirləşmələr kimyasi (magistrlar üçün)
- 450 məqalənin müəllifidir
- 2 monoqrafiyanın
- 20 dərs vəsaiti
- 3 tərcümə kitabının
- 17 patentin müəllifidir
- 18 elmlər namizədi və 2 elmlər doktoruna rəhbərlik etmişdir
Professor R. Ə. Əliyeva tərəfindən ilk dəfə olaraq β- diketonlar əsasında azobirləşmələr sintez edilmiş və fotometrik reagent kimi tətbiq edilməsi təklif edilmişdir. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış və alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır.
Professor R. Ə. Əliyeva qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində geniş işlər aparmışdır. O ilk dəfə olaraq liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metadlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürmüşdür. O təcrübi faktların analizinə əsasən müəyyən etmişdir ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında əgər binar sistemə əlavə edilən üşüncü komponent metala koordinasiya edərsə, onda kompleks birləşmələrin davamlığı artır, bu isə seçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı artmış olur.
Professor R. Ə. Əliyevanın rəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimal şəraiti işlənib hazırlanmışdır. Bu sinif sorbentlərdən neftayırma zavodlarından alınan çirkab sularında, axıntı və lay sularında metalların qatılaşdırılması üçün istifadə edilməsi təklif olunmuşdur.
Fotometrik metod vasitəsilə üzvi reaktivlərdən istifadə etməklə metalların təyini metodikasının işlənilməsi və mürəkkəb obyektlərdə tətbiqi. Molein anhidridi və stirol əsasında sintez edilmiş sorbentlərdən istifadə etməklə bir sıra metalların sorbsiya imkanlarının oyrənilməsi
- Əliyeva R. Ə., Hacıyeva S. R., Çıraqov F. M., Mahmudov K. T. Misin (II) təyinində 3-[2-hidroksi-3,5-disulfofenilazo] pentadion-2,4 analitik reagent kimi //Azərbaycan Kimya Jurnalı, 2003, № 4, s.130–135
- Əliyeva R. Ə., Hacıyeva S. R., Çıraqov F. M., Mahmudov K. T. Funksional qrupların asetilasetonun azotörəmələrinin mis (II) ilə əmələ gətirdiyi komplekslərin davamlılığına təsiri // Bakı Universitetinin xəbərləri, 2004, № 4, s.25–29
- Əliyeva R. Ə., Çıraqov F. M., Bayramov Q. İ., Mahmudov K. T. Mis (II) ionunun neft şlamlarında təyini // V Bakı Beynəlxalq "Məmmədəliyev Neftkimya" konfransı. Bakı, 2002, s. 115
- Əliyeva R. Ə., Hacıyeva S. R., Çıraqov F. M., Mahmudov K. T. Asetilasetonun azotörəmələrinin bir sıra metallarla kompleks-əmələgətirməsinin tədqiqi // AMEA-nın məruzələri, 2003, C.59, № 5–6, s.146–151
- Алиева Р.А., Чырагов Ф. М., Бабанлы И. М., Махмудов К. Т., Бабанлы М.Б. Определение термодинамических характеристик реакций коплексообразования некоторых металлов с 3-[5-сульфонафтилазо] пентадионом-2,4 в водном растворе // Журнал неорганической химии, 2004, Т.49, № 9, с.1580–1583
- Алиева Р.А., Чырагов Ф. М., Махмудов К. Т. Фотометрического определение меди (II) в нефтяных шламох // Журнал заводская лаборатория, 2004, Т.70, № 9, с.22–25
- Алиева Р.А., Чырагов Ф. М., Махмудов К. Т. Азопроизводное 2-теноилтрифторацетона как реагент для фотометрического определения меди (II) // Журнал аналитической химии, 2005, Т.60, № 2, с.157–161
- Алиева Р.А., Чырагов Ф. М., Махмудов К. Т., Бабанлы М.Б. Термодинамическая характеристика комплексообразования некоторых металлов с 3-[4-сульфофенилазо] пентадионом-2,4 в водном растворе // Журнал неорганической химии, 2005, Т.50 № 1, с.137–140
- Гаджиева С. Р., Алиева Р.А., Чырагов Ф. М., Махмудов К. Т. Новый реагент для фотометрического определения меди (II) в горных породах / Материалы и тезисы докладов III региональной научной конференции "Проблемы теоретической и экспериментальной аналитической химии". Пермь: Пермского Университета, 2004, с.103
- Alieva R., Hadjieva S., Chyraqov F., Mahmudov K. Azoderivative of benzoylacetone as an analytical raegent in the photometric determination of copper (II). / XVIII Ulusal Kimya Kongresi. Turtey: Kars, 2004, p. 100
- Alieva R., Hamidov S. Z., Azizov A. A., Chiraqov F. M. Preparation of xelat adsorbent contains arsenate group and study of adsorbtion of this adsorbent with Cd (II) ion /XVIII Ulusal Kimya Kongresi, Kars, 2004, p. 1191
- Əliyeva R. Ə., Həmidov S. Z., Alosmanov R. M., Əzizov A. Ə., Çıraqov F. M. Asetilaseton fraqmentli polimer sorbentin alınması və sorbsiya xassələrinin tədqiqi //Azərbaycan Kimya Jurnalı, 2004, № 3, s.18–21
- Алиева Р.А., Гамидов С.З., Азизов А.А. Хелатообразующий сорбент для концентрирование ионов Cd (II) и Zn (II)/ V Республиканская конференция по химии. Тбилиси, 2004, с.134
- Алиева Р.А., Гамидов С.З., Чырагов Ф. М., Азизов А.А. Предварительное концентрирование кадмия и цинка на хелатообразующем сорбенте перед определением пламенным атомно-абсорбционным методом // Журнал аналит. химии. 2005, Т.60, № 12, с.1251–1254
- Alieva R., Hamidov S. Z., Azizov A. A., Chiraqov F. M. Determination of ionzation constants of polymer sorbents by potentiometric titration method / International Congress on Analytical Sciences, Moscow 2006, p. 665
- Алиева Р.А., Гамидов С.З., Чырагов Ф. М., Азизов А.А. Твердофазная экстракция с применением нового полимерного сорбента в анализе пластовых вод / III Международная конференция "Экстракция органических соединений", Воронеж, 2005, с.241
- Алиева Р.А., Гамидов С.З., Чырагов Ф. М. Концентрирование и определение ионов Cd (II), Zn (II) и U (VI) полимерным сорбентом / Седмой международный конгресс "Вода: экология и технология", Москва, 2006, с.979
- Əliyeva R. Ə., Həmidov S. Z., Çıraqov F. M. Kimyəvi modifikasiya olunmuş sintetik sorbentlə Zn(II) ionunun sorbsiyasının öyrənilməsi // BDU-nun xəbərləri, 2007, № 2, s. 28–34
- Алиева Р.А., Гусейнов Ф.Э., Чырагов Ф. М. Спектрофотометрическое исследование комплексов РЗЭ с азопроизводными пирогаллола и хромотроповой кислотой. Аналитика России 2004, Всерос. конф. по аналит. химии. с.122
- Алиева Р.А., Алиева Ф. С., Чырагов Ф. М. Спектрофотометрическое определение комплексообразования галлия (III) с 2,3,4-тригидрокси-4-фторазобензолом в присутствии уротропина и дифенилгуанидина. Журнал цветная металлургия. Москва 2006, № 3, с.24–28
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2000
Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir[4].
- Əməkdar elm xadimi — 2000,
- Akademik Y. Məmmədəliyev adına mükafat — 2000,
- "2001-ci ilin adamı" və "2001-ci ilin işgüzar qadını" −2001,
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanı" — 2003–2004,
- Bakı Dövlət Universiteti "İlin alimi" — 2005,
- Azərbaycan Respublikası Təhsil Nazirliyi Heydər Əliyev adına mükafatı — 2005,
- Dünya Azərbaycan Qadınları Birliyinin Fəxri sədri.
2018-ci ilin mayında qəbirüstü abidə kompleksinin açılışı olub. Qranitdən hazırlanan heykəlin müəllifi Natiq Əliyevdir.[5]