Rəhilə Əli qızı Orucova (25 sentyabr 1965, Göyçə mahalı – 11 may 1992, Şıxarx, Ağdərə rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. Şəhidlər Xiyabanında dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçü.
Rəhilə Orucova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 sentyabr 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 11 may 1992 (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Dəfn tarixi | 13 may 1992 |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Döyüşlər |
Rəhilə Orucova 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olmuşdur. 1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda oxumuş, oradakı təhsilini bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək təhsilini 109 nömrəli məktəbdə davam etdirmişdir.
1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş, texnukomu bitirdikdən sonra əvvəlcə Bakı Təcili Yardım xəstəxanasının reanimasiya şöbəsində, sonra isə Qədirli adına Baş Hövsə xəstəxanasında fəaliyyətə başlamışdır.[1]
Rəhilə Orucova Milli Orduya könüllü yazılmışdır. Ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi əsgər kimi vuruşmuşdur. 1992-ci il mayın 11-də Ağdərə rayonunun Leninavan kəndi uğrunda döyüşdə şəhid olmuşdur.[1] May ayının 13-də Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Burada dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçüdür.[2][3][4][5]
1992-ci il sentyabr ayında 109 nömrəli məktəbə şəhid Rəhilə Orucovanın adı verilmişdir və həyətində büstü qoyulmuşdur.[1][6]
Nizami rayonunda adına bulaq var.[7]
Məqalə (1)[8]
Məqalə (2)[9]
Məqalə (3)[10]