Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Rəhim Cavadbəyli — Cənubi azərbaycanlı tədqiqatçı, milli mədəni fəal, siyasi məhbus.
Rəhim Cavadbəyli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Cənubi Azərbaycan |
Rəhim Cavadbəyli 1976-cı ildə Təbrizdə anadan olub. Orta məktəbi Təbrizdə bitirib. Kiyev Dövlət Universitetinə daxil olaraq 2008-ci ildə beynəlxalq hüquq fakültəsini bitirib.[1]
1991-ci ildən Azərbaycan Milli Hərəkatının tələblərini müdafiə etməyə başlayıb. Doktor Məhəmmədtağı Zehtabinin başçılığı altında təşkil edilən milli-mədəni tədbirlərdə iştirak edib. Onun təşəbbüsü ilə Babək qalasına ilk dəfə yürüş edənlərdən olub. 2001-ci ildə ən yaxın fikirdaşları ilə birlikdə "İlqar" Mədəni Cəmiyyətində fəaliyyətini davam etdirib. 2003-cü ilin sentyabrında təzyiqlər artdığından R.Cavadbəyli Güney Azərbaycanı tərk edərək Quzey Azərbaycana mühacirət etməyə məcbur olub. 2014-cü ildən Türkiyədə yaşayıb, fəaliyyət göstərib. Bir neçə kitabın və çoxlu sayda tədqiqatların müəllifidir.[1]
2 avqust 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nəzarətində olmasına baxmayaraq Türkiyə hökuməti tərəfindən həbs edilərək Van şəhərində yerləşən qaçqın şəhərciyinə köçürülüb. İran hökumətinə təhvil verilməsi təhlükəsi həm Türkiyə həm də Azərbaycan ictimaiyyətində narazılıqlara səbəb olub. Türkiyədə "İYİ" partiyasının sədri Meral Akşener də bu hadisələrə etirazını bildirib. O öz tvitter hesabında prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək yazıb:
"Dönüb səsləndim mərhəmətsiz birinə. Məni siz vursaydız, bu gavurun yerinə."Rəhim Cavadbəyli bir Türk Milliyyətçisidir və Türkiyədə "MÜHACİR"DİR. Qardaşımızı İrana təslim etməyin. Yeni bir "Boraltan Körpüsü" ağrısı yaratmayın hörmətli R.T.Ərdoğan.[2] |