Məhəmmədtağı Zehtabi

Məhəmmədtağı Zehtabi (13 oktyabr 1923, Şəbistər, Şərqi Azərbaycan ostanı23 sentyabr 1998, Şəbistər, Şərqi Azərbaycan ostanı) — pedaqoq, ədəbiyyatşünas, tarixçi, milli mədəni fəal.

Məhəmmədtağı Zehtabi
Digər adı Məhəmmədtağı Kirişçi
Doğum tarixi
Doğum yeri Şəbistər, İran
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Şəbistər, İran
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti yazıçı

Məhəmmədtağı Zehtabi 1923-cü il oktyabrın 13-də Şəbüstərdə anadan olub.[1]

Babək qalası qurultayı və Zehtabi

[redaktə | mənbəni redaktə et]

Quzey Azərbaycanın azadlığa çıxması güneydə də yeni ümidlər yaradır. Professorlar Məhəmmədtağı Zehtabi və Həsən Dəmirçinin rəhbərliyi ilə fəallar hər il Babək qalasına toplanmağa başlayırlar. Fəallar Babəkin müstəmləkəçiliyə, işğala qarşı mübarizə aparmasını, onun dönməzliyini özlərinə simvol seçiblər. Hər il bu qurultay təkrarlandıqca iştirakçıların sayı artır və bu artıq bir xalq hərəkatına çevrilir. Burada şeirlər söyləyib musiqilər ifa edirlər. Rəqslər edib tamaşalar göstərirlər.[2]

Məhəmmədtağı Zehtabi 1998-ci ildə Təbriz yaxınlığındakı Şəbistər şəhərində evində ölmüş halda tapılır. Bəzi güneyli qruplar onun ölümünün təbii olmadığı və qətlə yetirildiyini irəli sürürlər. Mərhum Zehtabinin adı İslam Respublikasına müxalif qrupların yayımladığı şübhəli ölümlər və siyasi qətllər siyahısında da dərc edilib.[3]

  • Məhəmmədtağı Zehtabi. Müasir ədəbi azəri dili (səs – sərf). Təbriz «Aşina», 1379
  • Məhəmmədtağı Zehtabi. «Ərmağane Azərbaycan » dərğisi. Təbriz
  • Məhəmmədtağı Zehtabi. «İslama qədər İran türklərinin dili və ədəbiyyatı». Təbriz, «Əxtər» nəşriyyatı, 1380
  • Məhəmmədtağı Zehtabi.«İran türklərinin əski tarixi». 2 cilddə. Təbriz, 1999
  1. Pərvanə Məmmədli. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr. Bakı: Sabah. 2015. səh. 101. (#accessdate_missing_url)
  2. Rəcəb Həsənbəyov. Babək Qalası Qurultayı Arxivləşdirilib 2018-07-11 at the Wayback Machine. — milliyyet.info saytı, 2018.
  3. Əlirza Quluncu. Şəbistərdə güneyli alim Zehtabinin xatirəsi anılıb Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine. — amerikaninsesi.org saytı, 2017.
  • Pərvanə Məmmədli. "Cavabı 70 il boyu axtarılan sual" 21 Azər” dərgisi, Dortmund, 1999, 1- ci say
  • Pərvanə Məmmədli. Qəlbi daim millət sevgisi ilə döyünən ziyalı. ”Güney Azərbaycan”(Məlumat kitabı) Bakı, 2000, s. 361-362
  • «Dilmac» dərgisi , yanvar 2004, səh. 8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]