Rəhman Hacıyev (jurnalist)

Bu məqalə ictimai şəxs haqqındadır. Futbolçu üçün Rəhman Hacıyev (futbolçu) səhifəsinə baxın.

Rəhman Tofiq oğlu Hacıyev və ya Rəhman Hacı (17 aprel 1980, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri.[1][2]

Rəhman Hacıyev
Doğum tarixi (44 yaş)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili Bakı Dövlət Universiteti (1997-2003)
IE Business School (2019-2020)
Fəaliyyəti jurnalist, baş redaktor, idarəçi
Fəaliyyət illəri 2002-indiyədək
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2020[1]
qdf.az

Rəhman Tofiq oğlu Hacıyev 17 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub.[3]

1987-1997-ci illərdə Bakı şəhəri, 63 saylı orta məktəbdə oxuyub. 1997-2003-cü illərdə Bakı Dövlət UniversitetininBeynəlxalq münasibətlər” fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb. Və universiteti qırmızı diplomla bitirib.[3]

2002-2008-ci illərdə MBASK Sığorta Şirkətinin İdarə Heyətinin üzvü olmaqla həmin şirkətdə müxtəlif vəzifələrdə işləyib.[3] 2008–2018-ci illərdə “Media Prima” şirkətinin təsisçisi, məşhur yazar Qrem Uilsonla bərabər bir sıra kitab layihələrinin həyata keçirilməsində məsləhətçi və redaktor qismində iştirak edib.[4][5]

2009-2021-ci illərdə “The First News” İnformasiya Agentliyinin (1news.az) baş redaktoru və direktoru vəzifəsində çalışıb.[3][6] Həmçinin, 2011-2021-ci illərdparalel olaraq ə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.[3][6]

2016-2021-ci illərdə Azərbaycanda ən böyük həvəskar futbol turnirlərini təşkil edən MFL SPORTS MMC (www.mfl.az) şirkətinin direktoru və həmtəsisçisi kimi futbolu və sağlam həyat tərzini təbliğ edib.

2018-ci ildən indiyə kimi Sabah Futbol Klubunun İdarə Heyətinin üzvüdür.[7]

Həmçinin, 2018-ci ildən Azərbaycan Respublikası Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.

2020-ci ilin 22 iyulunda Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə "Əməkdar Jurnalist" adına layiq görülüb.[1]

4 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilib.[2]

Azərbaycanda istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə keçirilən "Yüksəliş" müsabiqəsinin əsas mentorlarından biri olub.[8][9]

Nigar Əli ilə ailəlidir, 2 qızı var.[10]

(məsləhətçi və redaktor)

  1. 1 2 3 "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 11 mart 2022 tarixində arxivləşdirilib.
  2. 1 2 "R.T.Hacıyevin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 16 mart 2022 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 5 "İdarə Heyətinin sədri". qdf.gov.az (az.). 8 mart 2022 tarixində arxivləşdirilib.
  4. 1 2 "Ilham: Portrait of a President" (PDF). ebooks.az (ingilis). Media Prime. 11 mart 2022 tarixində arxivləşdirilib (PDF). Executive Editors: Rahman T. Hajiyev
  5. 1 2 "Ilham: Portrait of a President - Graeme Wilson; Faik Bagirov; Rahman Hajiyev;". www.foyles.co.uk (ingilis). 11 mart 2022 tarixində arxivləşdirilib.
  6. 1 2 "Рахман Гаджиев: «Главное: не отступать и не сдаваться»". 1news.az (rus). 16 mart 2022 tarixində arxivləşdirilib. Интервью газеты New Baku Post c руководителем 1news.az и главным редактором газеты «Бакинский рабочий» Рахманом Гаджиевым.
  7. "Müşahidə şurası" (ingilis). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 apr 2022.
  8. "Rəhman Hacıyev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb". yukselish.az (az.). 16 mart 2022 tarixində arxivləşdirilib.
  9. "Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb". azertag.az (az.). 18 yanvar 2021 tarixində arxivləşdirilib.
  10. Magazine, Nargis. "Mənim ailəm: Rəhman Hacı". Nargis magazine | Журнал Nargis (ingilis). 2017-10-13. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  11. "Heydar, the Rise and Fall and Rise Again of Heydar Aliyev and Azerbaijan" (PDF). ebooks.az (ingilis). Media Prime. 11 mart 2022 tarixində arxivləşdirilib (PDF). Executive Editors: Faik Bagirov and Rahman Hajiyev

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]