Rəhman Musayev

Musayev Rəhman Elxan oğlu (7 fevral 1997; Qırılı Ağstafa rayonu — 14 avqust 2017; Murovdağ Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Kiçik çavuşu, Şəhid

Rəhman Musayev
Musayev Rəhman Elxan oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qırılı, Ağstafa rayonu, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Murovdağ, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Qırılı, Ağstafa
Vətəndaşlığı Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 2015 - 2017
Rütbə Kiçik çavuş
Vəzifəsi Top komandiri

Həyatı[redaktə | mənbəni redaktə et]

Musayev Rəhman Elxan oğlu 1997-ci il 7 fevral tarixində Ağstafa rayonu Qırılı kəndində ziyalı ailəsində dünyaya gəlib. 2002–2013-cü illərdə Qırılı kəndi Sirac Əliyev adına tam orta məktəbdə təhsil almışdır. 2015-ci ilin Yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən imzalanmış qərara əsasən hərbi xidmətə yollanmış 2016-cı ildə isə könüllü Azərbaycan Sülhməramlı Qüvvələri-nin tərkibinə qatılaraq Əfqanıstanda xidmətini davam etdirmişdir. 2017-ci ilin Fevral ayında yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına qayıdaraq "Müddətdən Artıq Hərbi Qulluqçu" kimi top komandiri vəzifəsində çalışmağa başlamışdır. Elə həmin il avqustun 14-də iş vaxtı Murovdağ istiqamətində baş vermiş qəzada şəhid olmuşdur.