Azərbaycan Sülhməramlı Qüvvələri (ing. Azerbaijani peacekeeping forces) və ya Bakı N vahidi (ing. Baku N unit) — Azərbaycan Quru Qoşunlarının əsas sülhməramlı hərbi vahidi. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparıblar. Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir.
Azərbaycan Sülhməramlı Qüvvələri | |
---|---|
Növü | sülhməram |
Yaranma tarixi | 1997–h.h. |
Ölkə | Azərbaycan |
Tabedir | Müdafiə Nazirliyi |
Tərkibi | zabit, gizir və əsgər heyəti |
Vəzifəsi | Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət |
Himayədarı | Azərbaycan Respublikası Müdafiə Nazirliyi |
Təchizatı | müasir silahlarla təchiz olunub |
Müharibələr | Kosovo əməliyyatı, İraq müharibəsi (2003-2011), Əfqanıstan müharibəsi (2001–2021) |
Vikianbarda əlaqəli mediafayllar |
17 fevral 2008-ci ildə Kosovo parlamenti müstəqillik elan etdikdən sonra, 26 fevral 2008-ci ildə Azərbaycanın Prezidenti İlham Əliyev Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi. Müraciətə Milli Məclis tərəfindən 4 mart 2008 tarixdə baxıldı və 87 səslə (3 səs əleyhinə, 2 səs bitərəf) qəbul edildi.
Azərbaycan sülhməramlı bölməsi 34 hərbçidən ibarət idi ki, bunlardan da biri zabit, biri çavuş və 32-si əsgər idi. Azərbaycan sülhməramlı bölməsi Kosovada Türkiyə sülhməramlı qoşunlarının tərkibində xidmət edirdi. Azərbaycan hərbçiləri Kosovada 18 kəndə nəzarət edirdilər. 15 aprel 2008-ci ildə bölmə Azərbaycana qayıtdı. Ümumilikdə Kosovada 400 azərbaycanlı sülhməramlısı xidmət etmişdir.
Azərbaycan hərbçiləri İraqda BMT-nin Təhlükəsizlik şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında xidmət edirdilər. Azərbaycan hərbçiləri 14 zabit, 16 çavuş və 120-si əsgərdən ibarət idilər. Hərbçilər İraqın Əl-Xədifə şəhərində yerləşən SES-i mühafizə edirdilər.
Milli Məclisin 11 noyabr 2008-ci il qərarı ilə 150 nəfərdən ibarət azərbaycanlı sülhməramlı hərbçilər İraqda öz vəzifələrini yerinə yetirərək Azərbaycana döndülər. Azərbaycanda onları təntənəli sürətdə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, ABŞ və İraqın Azərbaycandakı səfirləri və yaxınları qarşıladılar.
İraqdakı sülhməramlı əməliyyatlarda 1 azərbaycanlı əsgər həlak olmuşdur.
Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti olmaqla 94 azərbaycanlı sülhməramlısı xidmət edib.[1] Bu hərbçilər şəhərində post-patrul xidmətini yerinə yetirirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.[1] İlk vaxtlar Əfqanıstandakı azərbaycanlı sülhməramlılarının sayı 22 nəfər idi. 4 yanvar 2008-ci ildə daha 23 nəfər sülhməramlı göndərildi. Sentyabr ayında daha 45 azərbaycanlı əsgər Əfqanıstana göndərilmişdir.[2]
Kabilin süqutundan sonra Azərbaycan sülhməramlıları türk sülhməramlıları ilə birlikdə Kabil aeroportunu mühafizə və müdafiə etmişdir. 26 avqust 2021-ci ildə Azərbaycan sülhməramlıları Əfqanıstanı tərk etmişdir.[3]
2018-ci ilin noyabrında Azərbaycan BMT-nin sülhməramlı missiyasının komandanlığı altındakı missiyada iştirak etmək üçün 4 azərbaycanlı hərbçidən ibarət hərbi heyətinin Cənubi Sudanda yerləşdirilməsi barədə qərar qəbul edib.[4][5] 30 yanvar 2019-cu il tarixindən Azərbaycan ordusunun 2 zabiti müşahidəçi qismində Cuba şəhərində xidmətə başlayıb.[6]