Rəhmanqul Xan və ya Hacı Rəhman Qul Qutlu (1913, Rusiya imperiyası – 6 avqust 1990, Türkiyə) — Kiçik Pamirdəki Cənubi Türkistandakı (indiki Əfqanıstanın şimal hissəsi) qırğızların xanı (1949-1978).[1]
Rəhmanqul Xan | |
---|---|
Doğum tarixi | 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 6 avqust 1990 |
Vəfat yeri |
Caparqul oğlu Rəhmanqul Tacikistanın Murqab bölgəsində (başqa bir məlumata görə, cənubi Qırğızıstandakı Çon Alay bölgəsində) 1913-cu ilin avqust ayında anadan olmuşdur. Atası Caparqul bir zamanlar Xokand xanı olmuş Xudayarın minbaşısı olmuşdur. Qırğızların Teyit adlı boyuna mənsub olmuşdur.[2][3]
Caparqulun Sovet hakimiyyəti qurulduqdan sonra Əfqanıstana köçdüyü bildirilir. 1938-ci ildə Rəhmanqul Əfqanıstandakı qırğızların xanı elan edildi.[4] 1948-ci ildə xanlıqdan əl çəkib Pamir bölgəsinə keçmişdir. İki il sonra Çinin kommunist rejimi qurulduqdan sonra, əfqan Pamiri bölgəsinə geri dönmüşdür. Pakistana çatdıqda Bin-Təkə adlı yerdə Çin sərhəd qoruyucularını öldürmüş, silahlarını alıb Pamir bölgəsinə keçmişdir.
Əfqanıstanın dövlət rəhbəri Zakir şah onu əz ətrafına çəkmiş və qırğızları onu təzədən xan seçmişdirlər. 1964-cü ildə Rəhmanqul əfqna parlamenti olan Loya Cırqada millət vəkili və parlamentin rəhbəri olmuşdur. 1978-ci ildə Əfqanıstanda sovet hakimiyyəti qurulduqdan sonra (aprel inqilabı), sovetlərin artan hakimiyyətindən qaçaraq Pamirdəki xalqı ilə birlikdə Pakistana köçmüşdür. Pakistanın Gilgit vadisinin isti və nəmli havası qırğızlara problemlər yaratmış və bir çox qırğız müxtəlif xəstəliklərdə həyatını itirmişdir. Bəzi məlumatlara görə, Rəhmanqul Xan bu dövrdə qırğızları ABŞ-nin Alyaska bölgəsində yerləşdirilməsini təklif etmişdir.
1982-ci ilin avqist ayında Rəhmanqul 293 ailəlik (1138 nəfər) qırğızla Türkiyənin Adana bölgəsinə gəlmiş və Rəhmanqul bu zaman Türkiyə rəsmilərindən soyuq ərazilər istəmişdir. Bundan sonra Vanın Qaragündüz kəndinə müvəqqəti olaraq yerləşdirilmiş, ardıyca da Vanın Ərciş bölgəsinə bağlı kəndə yelrəşdirilmişdirlər. Bu kənd indi özlərinin verdikləri adla Ulupamir adlandırılır və Van gölünün şimalında yerləşir.
Türkiyəyə gəlməyən qırğız ailələri Pakistanda qalmış və ya Əfqanıstan Pamirinə geri dönmüşdürlər. Fransız türkoloq və qırğızşünas Remi Dor kimi araşdırmaçılar Rəhmanqulun elmli, ağıllı siyasətçi olduğunu bildirirlər.[5]
ISBN 5-89750-028-2. Жалпы көлөмү – 288 бет.