Rəna İsmayılova

Rəna Nəcəfqulu qızı İsmayılova (28 avqust 1950, Bakı) — orqan ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2000).

Rəna İsmayılova
Rəna Nəcəfqulu qızı İsmayılova
Ümumi məlumatlar
Doğum tarixi 28 avqust 1950(1950-08-28) (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Almaniya Almaniya
Atası Nəcəfqulu İsmayılov
Anası Güllü Mustafayeva
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Musiqi aləti orqan
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəna İsmayılova 28 avqust 1950-ci ildə Bakıda rəssam ailəsində anadan olmuşdur.[1] O, uşaqlıqdan pianoda ifa etməyə başlamış və ilk musiqi müəllimi bacısı Zemfira Qafarova olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano üzrə təhsilini başa vurduqdan sonra 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinə daxil olmuşdur. Buradakı təhsilinin birinci kursundan başlayaraq fortepiano ilə yanaşı orqanda da ifa etməyə başlamış, üçüncü kursda isə oxuduğu fakültəni dəyişərək fortepiano üzrə fəaliyyətini davam etdirmiş, 1974-cü ildə buranı fortepiano və orqan ixtisasları üzrə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Musiqili Komediya Teatrı və Sumqayıt Musiqi Texnikumunda işləməyə başlamışdır. 1977-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə pianoçu-konsertmeyster işləyən Rəna İsmayılova 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistenturasına daxil olaraq 3 il təhsilini burada davam etdirmişdir. Burada o, professor Leonid Royzmandan[rus.] dərs almışdır.[2]

1987-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında "Orqan və klavesin" kafedrasında əvvəlcə baş müəllim, sonra dosent olaraq çalışan Rəna İsmayılovanın redaktorluğu altında ilk dəfə "Azərbaycan bəstəkarlarının orqan musiqisi" adlı ikicildlik not məcmuəsi işıq üzü görmüşdür.[2][3]

Rəna İsmayılova hazırda Almaniyada yaşayır. Burada onun dəfələrlə rəsmi konsertləri olmuş, kilsələrdə ifa etmişdir. O, həmçinin alman, fin, norveç, fransız, ingilis musiqi gecələrinin, "Orqan dünən və bu gün" adlı silsilə konsertlərin təşkilatçısı və iştirakçısı olmuşdur.[3]

Rəna İsmayılova rəssamlar Nəcəfqulu İsmayılovGüllü Mustafayevanın qızıdır. O, skripkaçı Sevinc İsmayılovanın doğma, musiqişünas Zemfira Qafarova və vokalçı-aktyor, rəssam Əli Haqverdiyevin anabir ögey bacısıdır. Bəstəkar Ramiz Mustafayev və dirijor Faiq Mustafayevin bacısı qızıdır.[5]

  1. "Когда гены не спят…" (rus). kaspiy.az. 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
  2. 1 2 "İfaçı gərək həmişə formada olsun" (az.). "Mədəniyyət" qəzeti. 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
  3. 1 2 "Orqan musiqisinin mahir ifaçısı" (az.). "Mədəniyyət" qəzeti. 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
  4. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). e-qanun.az. 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
  5. ""Həsən və Güllü" dastanı" (az.). anl.az. 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]