Rəqəmsal özünümüdafiə — rəqəmsal təhlükəsizliyi təmin etmək üçün internet istifadəçiləri tərəfindən özünümüdafiə strategiyalarından istifadə edilməsi. Burada məxfi şəxsi elektron məlumatların qorunması nəzərdə tutulmuşdur.[1] İnternet təhlükəsizliyi proqramı qoruyucu divar qurmaqla, həmçinin kompüterləri zərərli proqram, viruslar, troyan atları, soxulcan proqramlar və casus proqramlar üçün skan etməklə ilkin müdafiəni təmin edir. Bununla belə, ən çox risk altında olan məlumatlara doğum tarixləri, telefon nömrələri, bank hesabı, təhsil məlumatları, cinsiyyət, dini mənsubiyyətlər, e-poçt ünvanları və parollar kimi şəxsi məlumatlar daxildir. Bu məlumatlar adətən sosial şəbəkələrdə açıq şəkildə aşkarlanır, internet istifadəçilərini sosial mühəndislik və internet cinayətlərinə qarşı həssas edir. Mobil cihazlar, xüsusən də Wi-Fi çıxışı olanlar bu məlumatın təsadüfən paylaşılmasına imkan verir.[2]
Bu məzmunda kompüter təhlükəsizliyi internet təhlükəsizliyi proqramına xitab edir. Şəxsi məlumatın davamlı formada təhlükəsizliyini qorumaq zərərli proqram təminatında davam edən inkişaflar şəxsi məlumatlara müdaxilə edə və ya onları kopyalaya bilməsin deyə virus və casus proqramların təriflərinin tez-tez yenilənməsini tələb edir.[3]
Parol istifadəçi adlarını müşayiət edən məcburi təhlükəsizlik tədbiridir. Ailə üzvlərinin adları, ev heyvanlarının adları və ya doğum tarixləri kimi parolların yaradılması üçün şəxsi məlumatlardan istifadə məxfi məlumat üçün riski artırır, uzun mürəkkəb parollardan daha asan sındırılır. Odur ki,parolun möhkəmliyi şəxsi məlumatların qorunması üçün əsas strategiyadır.
"Microsoft"a görə ideal parol ən azı 14 simvol uzunluğunda olmalı, hərflər, durğu işarələri, simvollar və rəqəmlərdən ibarət olmalıdır. Burada mürəkkəblik böyük hərflərin daxil edilməsi ilə artırılır.[4]