Robert Broun, Robert Braun (ing. Robert Brown, 21 dekabr 1773[1][2][…] – 10 iyun 1858[1][2][…], London[3][4]) — XVIII-XIX əsrlərdə yaşamış britaniyalı (şotland) botanik, bitki morfoloqu və təsnifatçısı, Broun hərəkətinin müəllifi.
Robert Broun | |
---|---|
ing. Robert Brown | |
Doğum tarixi | |
Doğum yeri | Şotlandiya, Montroz |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | İngiltərə, London |
Dəfn yeri |
|
Vətəndaşlığı | Britaniyalı |
Elm sahələri | botanika, Bitki fiziologiyası |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Cozef Bank |
Tanınır | Broun hərəkətinin müəllifi, hüceyrə nüvəsinin tədqiqatçısı |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
21 dekabr 1773-cü ildə Şotlandiyada Montroz şəhərində dünyaya gəlmiş, Aberdində, Edinburq universitetində 1789-1795 ci illərdə tibb və botanikadan təhsil almışdır. Ferdinand Bauer ilə Avstraliya və Tasmaniya kimi adaları gəzərək bir çox bitkilər növləri aşkar etmişlər. 1805-ci ildə Robert Broun Böyük Britaniyaya qayıdan zaman 4 minə yaxın bitki götürmüşdü. Robertin xidməti əvəzsiz olduğuna görə 1849-1853-cü illər ərzizndə Londonda "Lineya cəmiyyəti"nin prezidenti olmuşdu. Robert 10 iyun 1858-ci ildə vəfat etmiş və Londonda dəfn edilmişdi.